Siyasət

Müdafiə Nazirliyinin hərbi hissə və birləşmələrində andiçmə mərasimi keçiriləcək

8 Noyabr 2016 17:51

Noyabrın 13-də Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissə və birləşmələrdə gənc əsgərlərin andiçmə mərasimi keçiriləcək. “OLAYLAR”-ın Müdafiə Nazirliyinə sitinadən verdiyi xəbərə görə,  Əlahiddə Ümumqoşun Ordusunun və birliklərin hərbi hissələrinin ərazilərində keçiriləcək mərasimlərdə hərbi rituala uyğun olaraq gənc əsgərlər təntənəli surətdə hərbi andı qəbul edəcəklər. Andiçmə mərasimlərində hərbi hissələrin komandanlığı, yerli icra orqanlarının və ictimaiyyətin nümayəndələri, veteranlar və əsgərlərin valideynləri iştirak edəcəklər. Mədəni-kütləvi tədbirlər keçiriləcək və valideynlər hərbi hissələrdə yaradılmış şəraitlə də tanış olacaqlar.

Sərkisyanın ardınca Nalbəndyan da görüşdən imtina edir: “Görüşdük, nə oldu?”

8 Noyabr 2016 17:26

Ermənistan xarici işlər naziri Edvard Nalbəndyan ATƏT xarici işlər nazirlərinin Hamburqda keçiriləcək toplantısı çərçivəsində azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşəcəyini təsdiqləməkdən imtina edib.

Tahir Rzayev: "Ermənistan darmadağın olacaq" - AÇIQLAMA

8 Noyabr 2016 17:02

"İşğalçı ölkə məhv olmağın astanasındadır" Son vaxtlar cəbhədə işğalçı Ermənistan tərəfindən atəşkəsin tez-tez pozması halları baş verir. ATƏT-in Minsk Qrupunun həmsədrlərinin  susqunluq nümayiş etdirmələri münaqişənin həllinə ikili yanaşma, Ermənistana dəstəyin növbəti təzahürü kimi qiymətləndirilir.

Aprel döyüşlərində Qarabağda ölənlərin 90 faizi Ermənistandakı kasıb ailələrin uşaqları idi

8 Noyabr 2016 16:55

Bakıda “Ermənistan, Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: əsas maneələr və nizamlanma perspektivləri: Ermənistan və Azərbaycandan baxış” mövzusunda təşkil olunmuş beynəlxalq konfrans çərçivəsində “Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağın yekun hüquqi statusunun müəyyənləşdirilməsi” adlı panel keçirilib.

Qarabağda referendum keçirilsə, əhalinin 80 faizi Azərbaycanın tərkibində qalmağa səs verər

8 Noyabr 2016 16:53

”Qarabağı Artsax yox, Kolumbiya adlandırmaq olar. Hazırda ora narkotik və qanunsuz silahlar üçün əlverişli yerdir”.

Vaan Martirosyan: “Köçəryan-Sarkisyan quldur rejimi zorla hakimiyyətdən uzaqlaşdırılacaq”

8 Noyabr 2016 16:51

"Maksimum 5 il ərzində azərbaycanlılarla ermənilər sülh şəraitində yaşamağa başlayacaqlar. Bu, mənim proqnozumdur".  

Bakıda Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının birgə yaşayışı müzakirə edilib

8 Noyabr 2016 16:46

Bakıda “Ermənistan, Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: əsas maneələr və nizamlanma perspektivləri: Ermənistan və Azərbaycandan baxış” mövzusunda beynəlxalq konfrans çərçivəsində “Dağlıq Qarabağda azərbaycanlılar və ermənilərin birgə yaşayışı: kommunikasiyaların bərpası, sosial və iqtisadi proqramların investisiyalaşdırılmasının həyata keçirilməsi” mövzusunda panel keçirilib.

İtaliya Dağlıq Qarabağla bağlı mövqeyini İrəvanda AÇIQLADI

8 Noyabr 2016 16:17

İtaliya ATƏT-in Minsk qrupunun həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsi üzrə səylərini dəstəkləyir.

Dövlət rüsumlarının 50 faizi işçilərin maddi təminatını yaxşılaşdırmağa yönəldiləcək

8 Noyabr 2016 15:23

Prezident İlham Əliyev "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2016-cı il 14 oktyabr tarixli 352-VQD nömrəli Qanununun tətbiqi və "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 621 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında fərman imzalayıb.

"Xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın məzunları işlə necə təmin olunur?

8 Noyabr 2016 15:20

Qubad İbadoğlu: “Yüzlərlə gənc bu proqramı başa vursa da vətənə qayitmayıb” Azərbaycan gənclərinin daha keyfiyyətli və müasir tələblərə cavab verən müxtəlif xarici ölkələrin ali təhsil müəssisələrinə göndərilməsi hər zaman diqqət mərkəzində olan məsələlərdən biri hesab edilib. Hələ ümummilli lider Heydər Əliyev Azərbaycana birinci dəfə rəhbərlik etdiyi illərdə ölkə gənclərini keçmiş Sovet respublikalarına, əsasən isə Moskvaya ali təhsil almağa göndərir, onların bilikli, bacarıqlı kadr kimi yetişməsi üçün əlindən gələni əsirgəmirdi. Təsadüfi deyil ki, məhz Heydər Əliyevin zamanında keçmiş müttəfiq respublikalarına ali təhsil almağa göndərilən şəxslər bu gün dünyanın tanınmış ekspertləri, mühəndis və iqtisadçıları hesab edilir. Həmin insanların əksəriyyəti bu gün ölkənin müxtəlif sahələrdə inkişafına öz töhfəsini verir.

Dünya birliyi və beynəlxalq təşkilatlar Ermənistanin məkrli siyasətə göz yummamalıdır

8 Noyabr 2016 15:02

Sahibə Qafarova: “”Dünyadakı ikili standartlar və təcavüzkar tərəfin işğalçılıq siyasətindən əl çəkməməsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin bu vaxtadək həll olunmamasının əsas səbəblərindəndir” Son həftələr Dağlıq Qarabağ probleminin həllinə olan biganə münasibət, münaqişənin sülh yolu ilə həll istiqamətində aparılan danışıqlar prossinə Ermənistan tərəfindən yaradılan maneə və bütün bunlara rəğmən nə problemin həlli missiyasını öz üzərinə götürən ATƏT-in Minsk qrupu, nə də digər büynəlxalq təşkilatların adekvat reaksiya ortaya qoymaması dünyada ikili standartların, xristian təssübkeşliyinin mövcud olduğunu bir daha ortaya qoydu.

Bayrağımız-qürur mənbəyimiz

8 Noyabr 2016 14:59

Bu gün dövlət atributlarımızdan biri sayılan, qürur mənbəyimiz olan Bayraq Günüdür. Hər bir ölkədə olduğu kimi Azərbaycanda da onun atributlarından biri olan bayrağa böyük sevgi, məhəbbət var. İstənilən ölkə vətəndaşı çalışdığı sahədən asılı olmayaraq bayrağımızı zirvələrə qaldırmağa, onu yüksəklərdə dalğalandırmağa çalışır. Həmçinin bayrağımıza əl uzadan, onu təhqir etmək niyyətinə düşənlər də vətənpərvər oğullarımız tərəfindən öz layiqli cavablarını alırlar. Necə ki, milli atributumuzu təhqir edən erməni zabiti Qurgen Markaryan bu aqibəti yaşadı və qəhrəman Vətən oğlu Ramil Səfərov tərəfindən öz layiqli cavabını aldı.

Mülki Prosessual Məcəllədə dəyişiklik edildi

8 Noyabr 2016 14:42

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 sentyabr tarixli 330-VQD nömrəli Qanununun tətbiqi barədə sərəncam imzalayıb.

Azərbaycan terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə tədbirlərini gücləndirir

8 Noyabr 2016 14:40

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 14 oktyabr tarixli 361-VQD nömrəli Qanununun tətbiqi barədə sərəncam imzalayıb.