Üç nəfərə prezidentin fərdi təqaüdü veriləcək
Prezident İlham Əliyev Azərbaycan Respublikası prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.
7 Noyabr 2016 18:14 SiyasətPrezident İlham Əliyev Azərbaycan Respublikası prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.
Olaylar.az AZƏRTAC-a istinadən bildirir ki, sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və "Azərbaycan Respublikası prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında" Azərbaycan Respublikası prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli fərmanına uyğun olaraq qərara alıram:
1. Azərbaycanda televiziya və radio sahəsində xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası prezidentinin fərdi təqaüdü verilsin:
Hüseynova Şərqiyyə Qurban qızı
Məmmədov Səyavuş Əliəkbər oğlu
Mirzəyev Ramiz Həsən oğlu
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin".