Siyasət
“Görünür, ABŞ-da prezident seçkilərinin nəticələri ATƏT-i qane etmir”- ŞƏRH
“ABŞ-da federal seçki qanunvericiliyi yoxdur və seçkilər ayrı-ayrı ştatların qanunvericiliyinə uyğun şəkildə keçirilir. Bir çox ştatlarda isə ümumiyyətlə beynəlxalq təşkilatların seçkiləri müşahidə etməsinə imkan verilmir. Amma bu günə kimi ATƏT qeyd edilən məsələ ilə bağlı bir dəfə olsun səsini çıxarmayıb, hər hansı formada açıqlama verməyib”. Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Elçin Mirzəbəyli ATƏT-in ABŞ-dakı seçkiləri tənqid etməsinə münasibət bildirərkən deyib.
Gəncə Dövlət Filarmoniyasının tikintisinə 5 milyon manat ayrıldı
Azərbaycan Prezidenti İlham Əliyev Gəncə Dövlət Filarmoniyasının tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
“Siyasi məhbus“ labirinti: bir irəli, iki geri iki geri
2 fərqli "siyasi məhbus" siyahısı hazırlayan "5-ci kolon" təmsilçilərinin sosial şəbəkələrdəki söz duelində müxtəlif mətləblərin üstü açılır Radikal müxalifət düşərgəsində ötən ayın ortalarından başlayan "siyasi məhbus" qovğası prosesə daha çox iştirakçının qoşulması ilə yeni mərhələyə qədəm qoyub. Bəzi siyasilərin və "hüquq müdafiəçiləri"nin aktiv rol aldığı bu yarışda tərəflər bir-birinə üstün gəlmək üçün bütün arsenallarını səfərbər ediblər. Oktyabrın 17-də özlərinin 94 nəfərlik siyahısını təqdim edərək rəqiblərindən bir addım önə keçən Xədicə İsmayıl və dəstəsinin qarşı tərəfin 166 nəfərlik siyahısı ilə bağlı ittihamlarının ana xəttini bu ikitirəliyin Əli Kərimli tərəfindən salınması təşkil edir. İsmayıl hesab edir ki, bu işlərin başında "ağılsız ambisioz" adlandırdığı Kərimli dayanır. Radikal müxalifət düşərgəsində də ümumi yanaşma məhz bu yöndədir.
Deputat: “Ölkədə tamamilə yeni reallıqlara sahib olan biznes mühiti formalaşmaqdadır”
Həyata keçirilən tədbirlər, qəbul olunan qərarlar və qanunlar ölkədə biznes mühitini bir neçə istiqamətdə təkmilləşdirmişdir”. Bunu deyən Milli Məclisin deputatı Tahir Mirkişilinin sözlərinə görə, ilk öncə bürokratik əngəlləri tam aradan götürməklə sahibkarlara daha sərbəst fəaliyyət göstərmək imkanı yaradılıb.
"Trampa görə neft ucuzlaşacaq, manat isə..." - Millət vəkili
Donald Trapmın prezident seçilməsi dünya iqtisadiyyatında təlütümlərə, neftin qiymətinin aşağı düşməsinə səbəb ola bilər.
Müsəlmanlara hücum BAŞLANDI
Deputat: “Amerika ilə münasibətlərimiz daha da inkişaf edəcək"- AÇIQLAMA
“Donald Trampın ABŞ-ın yeni prezidenti seçilməsi Azərbaycan - Amerika münasibətlərinə müsbət təsir edəcək. Biz öz siyasətimizlə düzgün inkişaf edən beynəlxalq əlaqələrimizin bünövrəsini qoymuşuq. Bu baxımdan Amerika ilə münasibətlərimiz daha da inkişaf edəcək". BunuSİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.
Daha iki erməni ictimai xadim Xocalı abidəsini ziyarət edib
“Meridian” qeyri-hökumət təşkilatının Azərbaycanda səfərdə olan sədr müavini, jurnalist Suzanna Caqinyan və Ermənistan “Milli Azadlıq Hərəkatı” təşkilatının rəhbəri Vaan Martirosyan Bakının Xətai rayonunda Xocalı qurbanlarının xatirəcinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət ediblər.
"Sarkisyan 2 rayonu qaytarmağa razılaşmışdı, silahlılar qoymadı..."
Rusiya prezidenti Vladimir Putin bu ilin iyun ayında Sankt-Peterburqda Azərbaycan və Ermənistan prezidentlərinə Dağlıq Qarabağ ətrafındakı 2 rayonun qaytarılmasını, əvəzində kommunikasiyaların açılmasını nəzərdə tutan "olduqca konstruktiv" təklif vermişdi.
AŞPA-da erməni deputatın təxribatının qarşısı alındı
AŞPA Monitorinq Komitəsinin ötən gün Parisdə keçirilmiş iclasında Avropa Şurasına Üzv Dövlətlər arasında Münaqişələrə dair Alt Komitənin missiyası çərçivəsində məruzə müzakirə olunub.
ALDP-dən bayraq aksiyası
Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev, Sədr Aparatının və partiyanın Gənclər Təşkilatın üzvləri Bayraq Günü münasibətilə paytaxtda bayraq aksiyası keçirib.
“Rusiya Azərbaycana silahı müharibənin başlanması niyyəti ilə satmır”- Deputat
Rusiya Federasiya Şurasının üzvü Nikolay Rıjkov Ermənistan parlamentində jurnalistlərlə görüşündə Azərbaycana silah satılması məsələsinə toxnub.
Cənubi Qafqaz bölgəsində təhlükəsizliyə ən böyük təhdid Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzüdür
“Bu gün Cənubi Qafqaz bölgəsində təhlükəsizliyə ən böyük təhdid Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzüdür”. “OLAYLAR”-ın yap.org.az saytına istinadən verdiyi xəbərə görə, bu fikri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva səsləndirib.
Ermənilərin Bakıdan dünyaya verdikləri mesaj
Bu həm də minlərlə erməninin etirafı deməkdir Bu günlərdə Bakıda “Ermənistan, Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: əsas maneələr və nizamlanma perspektivləri: Ermənistan və Azərbaycandan baxış” mövzusunda keçirilən beynəlxalq konfrans istər Azərbaycan, istərsə də Ermənistan cəmiyyətində şok effekti yaratdı desək yanılmarıq. Bu effekt özünü konfrans iştirakçılarının tərkibi, onların ortaya qoyduqları mövqedə göstərirdi. Məlum olduğu kimi sözügedən konfransda ermənilər də iştirak edirdi.
“Çalışırıq ki, Azərbaycan adını Rusiyada bir brendə çevirək”
Toğrul Allahverdili: “Düşünürəm ki, buna qismən də olsa nail olmuşuq” Dünya Azərbaycanlılarının IV Qurultayında çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyev diaspor təşkilatlarını bir daha birliyə, həmrəyliyə səsləyərək onları daha mütəşəkkil, koordinasiyalı şəkildə fəaliyyət göstərməyə çağırdı.














