Siyasət

İran parlamentində “Türk Fraksiyası”

11 Noyabr 2016 14:56

Vüqar Zifəroğlu: “İran qanunvericilik orqanında belə bir fraksiyanın yaradılması müsbət hal kimi dəyərləndirilməlidir” Azərbaycan üçün son illərin ən önəmli hadisələrindən biri kimi qiymətəndirə biləcəyimiz məsələ bu günlərdə İranda yaşandı. Belə ki, cənub qonşumuzun İslami Şura Məclisində türk millət vəkillərinin fraksiyasının yaradılması təşəbbüsü ortaya çıxdı və həmin təşəbbüs reallaşdı. İstənilən halda bu müsbət qiymətləndirilməli olan hadisədir.

Azərbaycan hər zaman Amerika üçün strateji əhəmiyyət daşıyıb

11 Noyabr 2016 14:47

Deputat: “Lakin Ermənistan-Azərbaycan münaqişəsinin həllində elə bir ciddi irəliləyiş gözlənilmir” ABŞ-da prezident seçkilərinin nəticələri və Donald Trampın prezident seçilməsi nəinki Amerika cəmiyyətində, eləcə də dünyada ciddi ajiotaja səbəb olub. Artıq bir sıra ölkələrdəki ABŞ səfirliyi qarşısında etiraz aksiyalarına start verilib. Lakin buna baxmayaraq əksər siyasi ekspertlər hesab edirlər ki, Donald Trampın prezident seçilməsi Amerikanın mövcud siyasətində elə də ciddi kataklizmlərə yol açmayacaq və hazırki siyasət davam edəcək, daha dəqiq ABŞ-ın daxili və xarici siyasətində elə də ciddi dəyişikliklər olmayacaq.

Ermənistanın siyasi hakimiyyəti işğalçı hakimiyyətdir

11 Noyabr 2016 14:28

“Erməni hüquq müdafiəçilərinin Bakıya səfərində məqsəd ondan ibarətdir ki, onlar bir növ Ermənistana bağlı olan və ölkənin inkişafını istəyən insanlardır”. Bunu SİA-ya millət vəkili Rövşən Rzayev deyib.

Deputatlar Ollandı istefaya göndərirlər

11 Noyabr 2016 14:12

Fransa Milli Assambleyasının spikeri Klod Bartolone ölkə prezidenti Fransua Ollandın istefaya göndərilməsi barədə qətnamə layihəsini icraçı orqanların nümayəndələrinə təqdim edib.

Cəmiyyət radikal dini qrupları qəbul etmir

11 Noyabr 2016 13:26

Milli Məclisin deputatı Sevinc Fətəliyeva Böyük Britaniyanın Vest Sussex şəhərində Avropa Şurası Parlament Assambleyası çərçivəsində təşkil olunmuş “Uşaqların zorakılıqdan qorunması: effektiv strategiya üçün növbəti addımlar” mövzusunda tədbirdə iştirak edir. “OLAYLAR”-ın yap.org. az saytına istinadən verdiyi xəbərə görə, Sevinc Fətəliyeva AŞPA-nın sosial işlər, sağlamlıq və davamlı inkişaf komitəsinin uşaqlar üzrə baş məruzəçisi qismində tədbirə qatılıb.

Tramp Azərbaycan müxalifətini susdurdu

11 Noyabr 2016 12:07

Donald Trampın ABŞ prezidenti seçilməsi Azərbaycanın klintonpərəst müxalifətini, xarici fondlardan qidalanan QHT rəhbərlərini, "hüquq müdafiəçiləri"ni sükuta qərq edib.

Oqtay Əsədov Almaniyanın yeni səfirini qəbul edib

11 Noyabr 2016 11:50

Milli Məclisin Sədri Oqtay Əsədov Almaniya Federativ Respublikasının ölkəmizdə yeni təyin olunmuş səfiri Mixael Kindsqrabı qəbul edib. Sədr qonağı salamlayaraq, ölkəmizdə səfir təyin olunması münasibəti ilə onu təbrik etdi, gələcək fəaliyyətində uğurlar arzuladı.

Ermənistanda "konstitusiya dəyişiklikləri” cəfəngiyatdır

11 Noyabr 2016 11:39

"Ermənistanın işğal olunmuş ərazilərimizdə yaradılan qondarma rejimin adının “konstitusiya dəyişiklikləri” deyilən qurama proses çərçivəsində dəyişdirilərək “Artsax respublikası”adlandırılması cəfəngiyyatdan başqa bir şey deyil və onlar bununla heç nəyə  nail ola bilməyəcəklər. Artıq bir sıra aparıcı dövlətlər, o cümlədən də Rusiya və Fransa da rəsmi şəkildə bəyan etdilər ki, onlar qondarma "Dağlıq Qarabağ Respublikasını" tanımırlar və bu niyyətdə də deyillər".  Bunu SIA-ya açıqlamasında politoloq Fikrət Sadıqov deyib. 

Bir simasız digər simasızı simasızlıqda ittiham edir

11 Noyabr 2016 11:38

“ATƏT ABŞ-da keçirilən seçkiləri tənqid edib. Çox əcəb. Amma nə üçün indi? ATƏT-in başbilənləri hansı səbəblərdən seçkilərin nəticəsi bəlli olduqdan sonra tənqid haqqında düşünmək qərarına gəliblər? ATƏT-in bəyanatında yer alan ittihamların böyük əksəriyyəti ABŞ-da keçirilən prezident seçkilərindən daha çox bu ölkənin seçki sistemi ilə bağlıdır”. SİA-nın məlumatına görə, bu barədə siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

"Ermənilərin Bakıda etirafları ümumi erməni cəmiyyətinin etirafıdır"- SORĞU

11 Noyabr 2016 11:36

Məlum olduğu kimi, Bakıya gələn bir qrup erməni hüquq müdafiəçisi Sarkisyanı ifşa edən açıqlamalar verdilər və Dağlıq Qarabağın, birmənalı olaraq Azərbaycanın ayrılmaz hissəsi olduğunu bildirdilər. Təbii ki, mövcud fakt onu deməyə əsas verir ki, bu cür düşünən və düşündüyünü beynəlxalq ictimaiyyətin diqqətinə çatdıran yalnız Ermənistanın hüquq-müdafiə təşkilatlarının rəhbərləri deyil. Bir ovuc Sarkisyan rejiminin dəstəsi istina olmaqla, ümumi erməni cəmiyyəti ədalətli mövqe ortaya qoyur, Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu etiraf edirlər.  SİA bununla bağlı  QHT rəhbərlərinin fikirlərini öyrənib. Onlar haqqın tədricən öz yerini almağa başladığını və bu nöqteyi nəzərdən dünya birliyinin də mövcud reallığı qəbul etməyə məcbur olacağını bildiriblər.  

Ermənilər yenə ağır texnikanı işə saldı

11 Noyabr 2016 11:28

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 və 82 millimetrlik minaatanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 27 dəfə pozub.