Türkiyədə yaralanan icra başçısı həyatını itirdi

Dünən PKK terrorçuları Türkiyənin Mardin vilayətinin Derik rayonunda yerli icra orqanına məxsus inzibati binaya raket atıblar. Hadisə nəticəsində bir neçə nəfər yaralanıb. Onların arasında icra başçısı Fatih Safitürk də olub.

Milli.Az "Milliyet"ə istinadla bildirir ki, Fatih Safitürk bu gün xəstəxanada həyatını itirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31