Müsəlmanlara hücum BAŞLANDI
10 Noyabr 2016 17:24 SiyasətABŞ-da prezident seçkilərində Donald Trampın qələbəsindən sonra müsəlmanlar, azlıqlar və qeyri-ənənəvi seksual oriyentasiyanın nümayəndələrinə qarşı hücumlar artıb.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, "Twitter" istifadəçiləri milyarderin tərəfdarlarını hücumlarda ittiham ediblər.
"Twitter" istifadəçilərindən biri "Tramp. Birinci gün" ifadəsi ilə hücuma məruz qalanlardan birinin şəklini paylaşıb.
ABŞ-da prezident seçkiləri noyabrın 8-də keçirilib. Respublikaçılar Partiyasının namizədi Tramp qələbə qazanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31