Siyasət

Millət vəkili: "Trampın seçilməsi erməniləri məyus edib"

10 Noyabr 2016 13:40

Amerika xalqı respublikaçıların namizədi Donald Trampı prezident seçməklə demokratların müəyyən, lakin pis olan daxili və xarici siyasətindən imtina edib, xoş ümidlər doğura biləcək qeyri-müəyyənlik dövrünə qədəm qoydu.

"Növbəti ildə ərazi bütövlüyümüzün təmin olma ehtimalı 70-80 faizdir"

10 Noyabr 2016 13:28

“Ermənistan 20 ildən sonra ayılıb ki, Dağlıq Qarabağ sözünü erməniləşdirə bilməyib. Azərbaycanın son illər yürütdüyü xarici siyasət onları çətin vəziyyətə saldığından işğalçı ölkə düşünür ki, işğal olunmuş ərazilərimizdə yaradılan qondarma rejimin adının “konstitusiya dəyişiklikləri” deyilən qurama proses çərçivəsində dəyişdirilərək “Artsax respublikası”adlandırılması ilə nəyəsə nail ola biləcək”. Bunu SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.

Əli Həsənov: "Azərbaycan Donald Trampla əməkdaşlığa ümid edir"

10 Noyabr 2016 13:20

Azərbaycan Amerika xalqının seçiminə hörmətlə yanaşır və Donald Trampla əməkdaşlığa ümid edir.

Ermənistan "Çıraqovların işi"ni yubadır

10 Noyabr 2016 13:18

Avropa İnsan Haqları Məhkəməsi Böyük Palatasının azərbaycanlı məcburi köçkünlərin "Çıraqov və digərləri Ermənistana qarşı" adlı şikayəti üzrə müsbət qərar çıxardığı gündən (16 iyul 2015-ci il) xeyli vaxt keçib.

Əli Həsənov: "Gənclik bütün səviyyələrdə Azərbaycan dövlətini təmsil etməyə hazırdır və təmsil edir"

10 Noyabr 2016 13:17

Bu gün Bakıda "Gənclik və dövlət müstəqilliyi: gələcəyə baxış" mövzusunda gənclərin respublika konfransı öz işinə başlayıb.

Xahiş etdi, Azərbaycan da adını "qara siyahı"dan çıxartdı

10 Noyabr 2016 12:52

Bolqarıstan Respublikasının vətəndaşı, "Besttechnia TM-Rodimo PAD" şirkətinin əməkdaşı və səyahətçi Valentin Dreharski məktubla müraciət edərək, adının "Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı"ndan çıxarılmasını xahiş edib.

Hillari Klinton prezident seçilsə idi, bütün dünya üçün pis olacaqdı

10 Noyabr 2016 12:38

Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri, millət vəkili Araz Əlizadə ABŞ-Azərbaycan münasibətlərinin gələcək perspektivlərindən danışıb. SİA-ya açıqlama verən A.Əlizadə bildirib ki, Donald Trampın ABŞ prezidenti seçilməsi yaxşı haldır: “Hillari Klinton prezident seçilsə idi, bütün dünya üçün pis olacaqdı. Hillari Klintonun bacardığı Surix protokollarıdır və yalnız öz ərini döyməkdi. O, başqa heç nəyə qadir deyil. Trampağıllı adamdır. Azərbaycanla ABŞ arasındakı münasibətlər bundan sonra daha da inkişaf edəcək”. 

DİA-  nın   “Politoloqlar Klubunun” ilk tədbiri keçirilib

10 Noyabr 2016 12:34

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Azərbaycan qloballaşan dünyada” adlı tədbir keçirilmişdir. Tələbələrin təşəbbüsü ilə fəaliyyətə başlayan “Politoloqlar Klubu”nun ilk qonağı olan  Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin məsləhətçisi Natiq Əliyev və Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov  müxtəlif mövzularda gənclərlə fikir mübadiləsi aparıblar.

ABŞ-Azərbaycan münasibətləri yüksələn templə davam edəcək

10 Noyabr 2016 11:52

“Səmimi deyirəm, mən çox ehtiyat edirdim ki, Hillari Klinton prezident seçilsə, bu ermənilərin xeyrinə olacaq. Çünki Klinton dövlət katibi olduğu vaxtda da, bütün fəaliyyəti boyunca ermənipərəst mövqeyi ilə həmişə fərlqənib. Ancaq Donald Trampın siyasi karyerası olmayıbsa da, seçki prosesində də onun erməni lobbisinin təsiri altında ermənipərəst fikirlər səsləndirməsini müşahidə etmədik”.

Ermənilər 18 dəfə atəşkəsi pozub

10 Noyabr 2016 11:43

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 18 dəfə pozub. Ermənistan Respublikası İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

"ABŞ-da prezident seçkilərinin nəticəsi Ermənistan üçün sürpriz oldu"

10 Noyabr 2016 11:41

ABŞ-da keçirilən prezident seçkilərinin Ermənistan və tərəfdarları üçün daha bir gözlənilməz nəticəsi onların köhnə dostları - Bob Dold, Mark Kirk və digərlərinin məğlubliyyəti oldu.