Siyasət
Raqif Abbasov: “Prezident İlham Əliyevin ətrafında çoxminli idman ordusu birləşib”
“Dövlət başçımız cənab İlham Əliyevin 1997-ci ildə Milli Olimpiya Komitəsinə Prezident seçilməsindən sonra Azərbaycanın idman siyasətində yeni dövr başlayıb. Cənab Prezidentin apardığı məqsədyönlü siyasət nəticəsində Azərbaycan idmanının sürətli inkişafı və əldə olunan uğurlar bütün dünya ölkələrinə nümunədir”. Bunu açıqlamasında Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov deyib.
"Prezidentimizin ən böyük nailiyyəti Azərbaycanı dünyada tanıtmasıdr"
“Azərbaycan Prezidenti İlham Əliyevin 13 illik hakimiyyəti dövründə ölkəmizin ümumi daxili məhsulu, sənayesi, qeyri-neft sektorunun inkişafı bir neçə dəfə artıb, əhalinin rifah halı yaxşılaşıb”. Bu fikirləri Milli Məclisin regional komitəsinin sədri, millət vəkili Arif Rəhimzadə deyib.
Gürcü politoloqlar: “Ermənistan xarici siyasətini dəyişərək, qonşu dövlətlərlə normal münasibətlər qurmalıdır”
Ermənistanın sabiq prezidenti Levon-Ter Petrosyanın rəhbərlik etdiyi Erməni Milli Konqresinin bu günlərdə keçirilən qurultayında çıxışında və mətbuata verdiyi açıqlamalarında Ermənistan iqtidarının siyasətinin iflası, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı güzəştlər haqqında səsləndirdiyi fikirlər Gürcüstanda da birmənalı qarşılanmayıb.
DQİDK-nın rəsmisi: “Radikalizmlə mübarizə üç istiqamətdə həyata keçirilir”
“Ümumiyyətlə Azərbaycanda radikalizmlə bağlı mübarizə üç istiqamətdə həyata keçirilir. Birincisi, ideoloji istiqamətdir”. Bunu Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyib.
Avtobusun vurduğu 1 nəgər ölüb, 2-si xəstəxanaya yerləşdirilib
Bakıda ölümlə nəticələnən yol-nəqıiyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, dekabrın 21-də saat 07 radələrində Nərimanov rayonu ərazisində Bakı şəhər sakini Müşfiq Şıxəliyev idarə etdiyi "Daevoo" markalı 20 saylı xətt avtobusu ilə yolun kənarında dayanmış paytaxt sakinləri Mahmud Cəfərovu, Mələk Zülfüqarovanı və Habil Ağayevi vurub. Nəticədə M.Cəfərov hadisə yerində ölüb, digər 2 nəfər isə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
General: "Ermənilərin “İsgəndər” sevinci başa çatdı"
“Ermənilərin “İsgəndər” operativ-taktiki raketlərə malik olmalarını toy-bayram etmələri sona çatdı. Silahlı Qüvvələrimizin arsenalındakı ən müasir hücum və müdafiə silahları Ali Baş Komandan tərəfindən ordu qarşısında qoyulan istənilən tapşırığın yerinə yetirilməsinə imkan verir”.
Prezident İlham Əliyev BP prezidentini qəbul edib - YENİLƏNİB
Azərbaycan prezidenti İlham Əliyev BP şirkətinin prezidenti Robert Dadlini qəbul edib. Məlumata görə, görüşdə Azərbaycan ilə BP şirkəti arasında uzun illər uğurlu və qarşılıqlı faydalı əməkdaşlığın həyata keçirildiyi vurğulanıb.
“Aprel döyüşləri Azərbaycan gəncliyinin vətənpərvərliyinin bir nümunəsi oldu”
Dekabrın 22-də Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun fəaliyyətinin 5 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, gənclər və idman naziri Azad Rəhimov, digər dövlət rəsmiləri, millət vəkilləri, gənclər təşkilatlarının nümayəndələri və digər qonaqlar iştirak ediblər. Tədbirdə çıxış edən Ə.Həsənov bildirib ki, Azərbaycanın gənclər siyasətinin formalaşması, gənclər siyasətinin konsepsiyasının təməl prinsiplərinin qoyulmasında əsas rol ümummilli lider Heydər Əliyevə məxsusdur.
Azərbaycana gələn ailələrin dayələrinə viza verilməsində yenilik
Xaricdən Azərbaycana gələn ailələrin dayə-qulluqçuları üçün sadələşdirilmiş viza prosesi tətbiq oluna bilər.
Ruhaniyə ŞOK ÇAĞIRIŞ: “Erməni konyakı için, donuz əti yeyin, amma...”
Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa İran prezidenti Həsən Ruhaninin Ermənistana səfər etməsinə və iki ölkə arasında yüksək əməkdaşlıqla bağlı müqavilələrin imzalanmasına sərt şəkildə etirazını bildirib.
Azərbaycan əleyhinə formalaşan ittifaq
İran yenə də Azərbaycana qarşı xəyanət yolunu tutaraq işğalçı ölkə ilə işbirliyinə girdi. Xəbərlərdən də məlum olduğu kimi İran prezidenti Həsən Ruhani dekabrın 21-də Ermənistana səfər edərək işğalçı ölkədən olan həmkarı ilə görüşüb. İran prezidentinin səfəri zamanı iki ölkə arasında bir sıra sahələri əhatə edən əməkdaşlıq sazişləri də imzalanıb.
Ermənistan İrandan istədiyini ala bildimi?
İran prezidenti Həsən Ruhaninin Ermənistana həyata keçirdiyi səfər bu günlərdə Azərbaycan cəmiyyətində müzakirə predmetinə çevrilən əsas məsələlərdəndir. İslam Respublikası prezidentinin məlum səfəri ciddi etiraz doğurmaqla yanaşı, Ruhaninin İrəvanda işğalçı ölkə rəhbəri ilə keçirdiyi görüşlər və imzalanan sənədlər də diqqətlə müşahidə edilməkdədir. Hələlik açıqlanan rəsmi məlumatlarda Azərbaycana düşmənçilyi ilə seçilən iki ölkənin yalnzı iqtisadi sahədə bir neçə anlaşma sənədi imzaladığı bildirilir. Bəs görəsən ekspertlər bu səfər və imzalanan sazişlər barədə nə düşünürlər? Ümumiyyətlə, həmin sənədlərin Tehran və İrəvan iqtisadiyyatına hansı müsbət təsirləri olacaq?
Hansı hallarda hərbi vəziyyət elan edilə bilər?
Ölkə parlamenti tərəfindən “Hərbi vəziyyət haqqında” qanun layihəsi birinci oxunuşda qəbul edilib. Qanun Azərbaycan Konstitusiyanın 94-cü maddəsinin I hissəsinin 8-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının bütün ərazisində və ya ayrı-ayrı yerlərində hərbi vəziyyətin elan və ləğv edilməsi, hərbi vəziyyətin qüvvədə olma müddətinin uzadılması, hərbi vəziyyət rejiminin təmin edilməsi qaydasını, cəbhəboyu zonada hərbi hissələrin yerləşdiyi ərazilərdə rejimin xüsusiyyətlərini, hərbi vəziyyət şəraitində fiziki və hüquqi şəxslərin hüquqlarının təminatını müəyyən edir.
Prezident İlham Əliyevə "TürkPA-nın inkişafındakı xüsusi xidmətlərə görə" medalı təqdim edilib - YENİLƏNİB
Dekabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) Beynəlxalq Katibliyinin mənzil-qərargahının rəsmi açılışı mərasimində iştirak etmək üçün ölkəmizə səfərə gələn Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəmanı, Qazaxıstan Parlamenti Məclisinin sədri Nurlan Niqmatulini və Qırğızıstan Joqorku Keneşinin sədri Çınıbay Dursunbekovu qəbul edib.
"İran prezidentinin bu hərəkəti məni sonsuz üzdü..."
Hesab edirəm ki, 21 dekabr 2016-cı il tarixində Ermənistanda gördüklərimiz və eşitdiklərimiz şəxsən mənim yaddaşımda tarixin ən ağır günlərindən biri kimi qalacaqdır.














