Hansı hallarda hərbi vəziyyət elan edilə bilər?
Ölkə parlamenti tərəfindən “Hərbi vəziyyət haqqında” qanun layihəsi birinci oxunuşda qəbul edilib. Qanun Azərbaycan Konstitusiyanın 94-cü maddəsinin I hissəsinin 8-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının bütün ərazisində və ya ayrı-ayrı yerlərində hərbi vəziyyətin elan və ləğv edilməsi, hərbi vəziyyətin qüvvədə olma müddətinin uzadılması, hərbi vəziyyət rejiminin təmin edilməsi qaydasını, cəbhəboyu zonada hərbi hissələrin yerləşdiyi ərazilərdə rejimin xüsusiyyətlərini, hərbi vəziyyət şəraitində fiziki və hüquqi şəxslərin hüquqlarının təminatını müəyyən edir.
22 Dekabr 2016 14:22 SiyasətÖlkə parlamenti tərəfindən "Hərbi vəziyyət haqqında" qanun layihəsi birinci oxunuşda qəbul edilib. Qanun Azərbaycan Konstitusiyanın 94-cü maddəsinin I hissəsinin 8-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının bütün ərazisində və ya ayrı-ayrı yerlərində hərbi vəziyyətin elan və ləğv edilməsi, hərbi vəziyyətin qüvvədə olma müddətinin uzadılması, hərbi vəziyyət rejiminin təmin edilməsi qaydasını, cəbhəboyu zonada hərbi hissələrin yerləşdiyi ərazilərdə rejimin xüsusiyyətlərini, hərbi vəziyyət şəraitində fiziki və hüquqi şəxslərin hüquqlarının təminatını müəyyən edir. Bəs, ölkədə hansı hallarda hərbi vəziyyətin elan olunması zərurəti yaranacaq. Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsindən verilən məlumata görə, sənəddə ölkədə hərbi vəziyyətin elan edilməsinin əsasları əksini tapıb. Belə ki, Konstitusiyanın 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasının bütün ərazisində və ya ayrı-ayrı yerlərində hərbi vəziyyətin elan edilməsi üçün aşağıdakılar əsas ola bilər: Ərazilərin müəyyən hissəsi faktiki işğal edildikdə; xarici dövlət və ya dövlətlər Azərbaycana müharibə elan etdikdə; Azərbaycana qarşı real silahlı hücum təhlükəsi yarandıqda; Azərbaycan ərazisi blokadaya alındıqda, habelə belə blokada üçün real təhlükə olduqda hərbi vəziyyət elan oluna bilər. Komitədən hərbi vəziyyətin elan edilməsi qaydalarına da aydınlıq gətirilib. Bildirilib ki, ölkədə hərbi vəziyyətin elan edilməsi Azərbaycan Prezidentinin fərmanı ilə həyata keçirilir. Fərman qəbul edildikdən sonra 24 saat müddətində Azərbaycan Respublikasının Milli Məclisinə təsdiq üçün təqdim edilir. Hərbi vəziyyətin elan edilməsi haqqında Prezidentin fərmanı Milli Məclisə daxil olduqdan sonra 48 saat müddətində növbəti və növbədənkənar sessiyalar dövrünün olub-olmamasından asılı olmayaraq, Milli Məclisin iclası keçirilir, iclasda fərmanın təsdiqi məsələsinə növbədənkənar baxılır və deputatların 63 səs çoxluğu ilə müvafiq qərar qəbul edilir. Hərbi vəziyyətin elan edilməsi haqqında prezidentin fərmanı Milli Məclis tərəfindən təsdiq edilmədikdə, qüvvəyə minmir. Bu barədə əhaliyə dərhal məlumat verilir. Hərbi vəziyyət qüvvədə olma müddətinə gəldikdə komitədən bildirilib ki, hərbi vəziyyət dövrü onun tətbiqi tarixindən başlayır və o, qüvvədə olma müddəti bitdikdə, yaxud, bu Qanunun 8.2-ci maddəsində nəzərdə tutulan halda başa çatır. Hərbi vəziyyətin müddəti bitənədək onun elan edilməsi əsasları aradan qaldırılmadıqda və ya bunun üçün yeni əsaslar yarandıqda, hərbi vəziyyətin qüvvədə olma müddəti uzadılır. Hərbi vəziyyətin elan edilməsi əsasları aradan qaldırıldıqda və bunun üçün yeni əsaslar yaranmadıqda, hərbi vəziyyət ləğv edilir. Hərbi vəziyyətin qüvvədə olma müddətinin uzadılması və ya ləğv edilməsi bu Qanunun 6-cı maddəsinin tələbləri nəzərə alınmaqla həyata keçirilir. Hərbi vəziyyətin tətbiqi ilə əlaqədar səfərbərliyin elan edilməsi isə "Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Qanuna əsasən hərbi vəziyyət dövründə referendumun, seçkilərin və ya yerli rəy sorğusunun keçirilməsinə yol verilmir. Azərbaycan Respublikası ərazisinin 25 faizindən çoxunda hərbi vəziyyət elan edildikdə, hərbi vəziyyət dövründə, həmçinin hərbi vəziyyət ləğv edildikdən sonra 3 (üç) ay müddətində referendum, seçkilər və ya yerli rəy sorğusu təyin edilə və keçirilə bilməz. Hərbi vəziyyət dövründə Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikasının Milli Məclisi deputatlarının, yerli özünüidarə orqanlarının üzvlərinin seçkilərinin keçirilməsi mümkün olmadıqda, onlar öz səlahiyyətlərini hərbi vəziyyət ləğv edildikdən sonra keçirilən seçkilərədək davam etdirirlər. Hərbi vəziyyət elan olunmazdan əvvəl yerli rəy sorğusuna çıxarılmış məsələnin müzakirəsi dayandırılır və təyin edilmiş yerli rəy sorğusu hərbi vəziyyət ləğv edilənədək təxirə salınır. Hərbi vəziyyət şəraitində mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün idarə, müəssisə və təşkilatların hüquqlarının və qanuni mənafelərinin, vətəndaşların hüquq və azadlıqlarının qismən və müvəqqəti məhdudlaşdırılmasını nəzərdə tutan tədbirlər vəziyyətin kəskinliyindən irəli gələn hüdudlar daxilində tətbiq edilməli və Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, bu Qanun və digər normativ hüquqi aktlardan irəli gələn öhdəliklərə zidd olmamalıdır. Sənəddə hərbi vəziyyət dövründə hüquqi və fiziki şəxslərin hüquq və azadlıqlarının təminatı da nəzərə alınıb. Belə ki, sözügedən qanunla nəzərdə tutulan hallarda qismən və müvəqqəti məhdudlaşdırılan hüquq və azadlıqlar istisna olmaqla, hərbi vəziyyət dövründə fiziki və hüquqi şəxslər Azərbaycan Respublikasının Konstitusiyası və digər qanunları ilə müəyyən edilmiş bütün hüquq və azadlıqlardan istifadə edir. Müdafiə ehtiyacları üçün səfərbər olunmuş mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün idarə, müəssisə və təşkilatların işçilərinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq əməkhaqqı və istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiya ödənilir.
Qeyd edək ki, ölkədə hərbi vəziyyətin elan edilməsinin məqsədi onun elan edilməsi üçün əsaslardan biri mövcud olduqda mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün idarə, müəssisə və təşkilatların üzərinə düşən vəzifələri yerinə yetirmək üçün zəruri şəraitin yaradılmasıdır. Hərbi vəziyyət rejiminin təmin olunması məqsədi ilə vətəndaşların hüquq və azadlıqlarının, həmçinin mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün idarə, müəssisə və təşkilatların hüquqlarının və qanuni mənafelərinin qismən və müvəqqəti məhdudlaşdırılması ilə əlaqədar qəbul olunmuş hüquqi aktlar hərbi vəziyyət dövrünün başa çatması ilə eyni vaxtda bu barədə xüsusi məlumat verilmədən qüvvəsini itirmiş hesab olunur. Bu Qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun məsuliyyət daşıyırlar.
Alim