"Prezidentimizin ən böyük nailiyyəti Azərbaycanı dünyada tanıtmasıdr"

“Azərbaycan Prezidenti İlham Əliyevin 13 illik hakimiyyəti dövründə ölkəmizin ümumi daxili məhsulu, sənayesi, qeyri-neft sektorunun inkişafı bir neçə dəfə artıb, əhalinin rifah halı yaxşılaşıb”. Bu fikirləri  Milli Məclisin regional komitəsinin sədri, millət vəkili Arif Rəhimzadə deyib.

"Azərbaycan Prezidenti İlham Əliyevin 13 illik hakimiyyəti dövründə ölkəmizin ümumi daxili məhsulu, sənayesi, qeyri-neft sektorunun inkişafı bir neçə dəfə artıb, əhalinin rifah halı yaxşılaşıb". Bu fikirləri  Milli Məclisin regional komitəsinin sədri, millət vəkili Arif Rəhimzadə deyib.

Onun sözlərinə görə, məhz bu inkişafın nəticəsidir ki, hər 100 ailəyə 52 maşın düşür, real məvaciblər 3.2 dəfə artıb: "Azərbaycan prezidentinin həyata keçirdiyi siyasətin əsas prioritetlərini məhz ölkə əhalisinin sosial rifahının yaxşılaşdırılması təşkil edir".

Komitə sədri bildirib ki, Prezident İlham Əliyevin ən böyük nailiyyətlərindən biri Azərbaycanı dünyada tanıtmasıdır: "Azərbaycanın tanıdılması prosesi Ulu Öndər Heydər Əliyevin dövründən başlayıb və bu nailiyyətlər Prezident İlham Əliyev tərəfindən uğurla davam etidirilib. Gəlin etiraf edək ki, o zamana qədər Bakı tanınsa da, Azərbaycanı heç kim tanımırdı.  Lakin Azərbaycan çox qısa müddət ərzində dünya aləmində heç zaman tanınmadığı qədər tanındı". 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31