Siyasət
"Türkiyə bu vəziyyətdən də çıxmağı bacaracaq"- ŞƏRH
“Rusiya səfirinin Türkiyədə vurulmasının 2 səbəbi var. Birincisi Rusiya-Türkiyə münasibətlərinin həddindəın artıq istiləşməsi, Türkiyənin NATO-nun əlində oyuncaq olmaq istəməməsi, ABŞ-ın tapşırıqlarından imtina etməsi, ikinci isə Türkiyənin dolları bazarından çıxarmaq məsələsini gündəmə gətirmək istəməsidir”. Bunu açıqlamasında politoloq Cümşüd Nuriyev açıqlamasında deyib.
Politoloq: "Bu, İran üçün utancvericidir"
"İran prezidentinin Ermənistana səfəri qonşu dövlət üçün heç bir başıucalıq gətirmir, əksinə utancvericidir. Çünki Həsən Ruhani əli müsəlman qanına batmış, Xocalı soyqırımını dəstəkləyən şəxslə bir masada oturur, razılaşma əldə edir”. Bunu açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.
“İran bizim əleyhimizə erməni faktorundan yararlanıb”- Şərh
“İslam dövləti oldugunu elan edən İranın rəhbərinin qonşu müsəlman dövlətinə zülm edən və torpaqlarını işğalda saxlayan bir ölkəyə səfəri heç bir halda dinimizə görə məqbul sayıla bilməz”.
“Ruhaninin Ermənistana səfəri Azərbaycanın strateji maraqlarına qarşı yönəlib”
“Dünya müsəlmanlarının, xüsusən də onun şiə hissəsinin lideri kimi özünü bəyan edən bir dövlət qəsbkar Ermənistanla uzun illərdir ki, əlaqələrini inkişaf etdirir”.
Deputat: “Qərb ölkələri Türkiyənin güclənməsini istəmirlər”
“Rusiya səfirinin Türkiyədə öldürülməsi iki dövlət arasındakı münasibətlərin korlanmasına hesablanmış əməldir. Bu hadisə təxribatdır və bu dövlətlər arasında heç bir ziddiyyət yaratmamalıdır”. Bunu açıqlamasında millət vəkili Tahir Rzayev deyib.
Bakıda TürkPA Katibliyinin yeni binası açılıb
Dekabrın 22-də Bakıda Türkdilli ölkələrin Parlament Assambleyası (TürkPA) Katibliyinin yeni binasının rəsmi açılış mərasimi keçirilib. “Olaylar” xəbər verir ki, açılış mərasimində Azərbaycan Respublikasının prezidenti İlham Əliyev, Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəman, Qazaxıstan Parlamenti Məclisinin sədri Nurlan Niqmatulin, Qırğızıstan Joqorku Keneşinin sədri Çınıbay Dursunbekov və digər rəsmi şəxslər iştirak ediblər.
Cəbhədə 35 dəfə atəşkəs pozulub
“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 82 millimetrlik minaatanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 35 dəfə pozub.
Ruhani: “Nazarbayev İranla Qərb arasındakı nüvə anlaşmasına töhfə verib”
“Sizin yürütdüyünüz siyasət bütün Xəzəryanı dövlətlərə fayda gətirəcək”. Məlumata görə, bu sözləri Qazaxıstan prezidentiNursultan Nazarbayev ölkəsində rəsmi səfərdə olan iranlı həmkarıHəsən Ruhani ilə görüşü zamanı söyləyib. O bildirib ki, İran Qazaxıstan üçün müsəlman dünyasında vacib tərəfdaş, Xəzər bölgəsində qonşu və dost ölkədir: “Qazaxıstan xalqı nüvə məsələsinin həllində sizin böyük əməyinizi yüksək qiymətləndirir. Bu, böyük bir qələbədir. Sanksiyaların ləğvindən bir il vaxt keçib və İran iqtisadiyyatının inkişafında bir çox şeyə nail olunub. Bu, İranla Qazaxıstan arasında münasibətlərin inkişafına öz təsirini göstərib”.
"İldırım" zenit-raket komplekslərindən döyüş atışları icra edilib - VİDEO
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi hərbi qüvvələrin döyüş hazırlığı planına əsasən Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının qəfil yoxlanılması həyata keçirilib.
Azərbaycan-Türkiyə siyasi məsləhətləşmələri keçirilib
Bakıda Azərbaycan-Türkiyə XİN-lərarası siyasi məsləhətləşmələrin növbəti mərhələsi keçirilib.
Əli Həsənov: "Azərbaycan gənclər siyasətinin formalaşmasında əsas rol ümummilli lider Heydər Əliyevə məxsusdur"
Bu gün Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun fəaliyyətinin 5 illiyinə həsr olunmuş tədbir keçirilib.
İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilib
Prezident İlham Əliyev "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 11 noyabr tarixli 396-VQD nömrəli Qanununun tətbiqi barədə fərman imzalayıb.
"Qarabağda müharibə qaçılmazdır"
Cənubi Qafqaz məsələləri üzrə rusiyalı ekspert Andrey Yepifantsev Dağlıq Qarabağda yeni müharibənin qaçılmaz olduğunu bəyan edib. Bu barədə ekspert "Azadlıq Radiosu"nun Rusiya bölməsinə açıqlamasında bildirib.
ABŞ-Türkiyə MÜHARİBƏSİ BAŞLAYIR- “Mehmetcik” tələsi Ankaranı ayağa qaldırdı
“İran prezidentinin Ermənistana səfəri başa düşülən deyil”
“İran prezidentinin Ermənistana səfəri müsəlmançılığa ziddir. Çünki, Serj Sarkisyanın əli müsəlman qanına batıb”. Bunu SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.














