Siyasət
İlham Əliyev: “Təşkil etdiyimiz Oyunlar heç bir Yay Olimpiya Oyunlarının səviyyəsindən aşağı deyil”
“Təşkil etdiyimiz Oyunlar heç bir Yay Olimpiya Oyunlarının səviyyəsindən aşağı deyil”. Məlumata görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Milli Olimpiya Komitəsində idmançılara və idman mütəxəssislərinə mükafatların təqdim edilməsi mərasimində çıxışı zamanı deyib.
Rusiya Federasiya Şurası Xəzərdə fövqəladə vəziyyətlərlə bağlı razılaşmanı ratifikasiya edib
Rusiya Federasiya Şurası Xəzər dənizində fövqəladə vəziyyətlərlə bağlı xəbərdarlığın edilməsi və onların aradan qaldırılmasına dair razılaşmanı ratifikasiya edib.
Ekspertlər: "Prezident əhalidən gələn reaksiyanı nəzərə aldı"
Ötən gün Tarif Şurasının növbədənkənar iclası keçirilib. İclasdan sonra Tarif Şurasının sədri, iqtisadiyyat naziri Şahin Mustafayev bildirib ki, iclasda qəbul olunan qərara əsasən elektrik enerjisi və təbii qazın istifadəsində tətbiq olunan güzəştli limit artırılıb. Bu qərar ölkə başçısı İlham Əliyevin müvafiq tapşırığı əsasında qəbul olunub.
Prezident: “Artıq Azərbaycan dünya miqyasında güclü idman dövləti kimi tanınır”
“Artıq bu gün Azərbaycan dünya miqyasında güclü idman dövləti kimi tanınır”. Məlumata görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Milli Olimpiya Komitəsində idmançılara və idman mütəxəssislərinə mükafatların təqdim edilməsi mərasimində çıxışı zamanı deyib: “Bizim idman uğurlarımız çox parlaqdır. Biz ildən-ilə idman nəticələrimizi, uğurlarımızı artırırıq. Əgər Yay Olimpiya Oyunlarının nəticələrinə fikir versək görərik ki, hər oyundan-oyuna Azərbaycanın qazandığı medalların sayı artır. Yəni, bu, müsbət dinamikadır. Əslində dinamika hər bir məsələnin təhlili üçün əsas amildir. Biz daim inkişafdayıq. Əminəm ki, müsbət dinamika bundan sonra da davam edəcək, baxmayaraq ki, son Yay Olimpiya Oyunlarında qazandığımız nəticəni təkrarlamaq çətin olacaq. Bununla bərabər, mən yaxşı xatırlayıram ki, 2000-ci ildən sonra hər dəfə Yay Olimpiya Oyunlarına yekun vuraraq oxşar fikirlər səslənib ki, böyük nəticə qazanılıb, bunu təkrar etmək çətin olacaq. Ancaq biz nəinki bu nəticələri oyunlardan-oyunlara təkrar etmişik, onları artırmışıq”.
İran “sülh göyərçini” rolunda
İran İslam Respublikasının prezidenti Həsən Ruhaninin bu günlərdə reallaşdırdığı Ermənistan səfəri və səfər zamanı İrəvanda söylədiyi bəzi fikirlər fikirlər müzakirə predmeti olaraq qalmaqdadır. Xüsusilə, Ruhaninin İrəvanda dost-qardaş dediyi işğalçı ölkə prezidenti Serj Sərkisyanla keçirdiyi görüşdə söylədiyi fikirlər sırasında Dağlıq Qarabağ problemi ilə bağlı dediyi sözlər diqqət çəkicidir. Belə ki, İslam Respublikasının prezidenti də Azərbaycanın daxili işlərinə müdaxilə etmək ənənəsinə sadiq qalaraq Dağlıq Qarabağ probleminin hərbi yolla həllinin mümkünsüz olduğunu bildirib. Ruhani ölkəsini sanki sülh göyərçini kimi təqdim edərək qeyd edib ki, Tehran hər zaman sülh tərəfdarı olub. Həsən Ruhaninin İrəvanda Dağlıq Qarabağ problemi ilə bağlı səsləndirdiyi fikirlər öz-özlüyündə bir neçə məqama toxunmağı zəruri edib.
Dövlət başçısından vətəndaşlara dəstək
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurla reallaşdırdığı sürətli inkişaf strategiyası nəticəsində dayanıqlı makroiqtisadi sabitlik və davamlı iqtisadi artım təmin olunub, ölkəmizdə əhalinin rifah halının yüksəldilməsi və güclü sosial müdafiə sisteminin qurulması sahəsində əsaslı uğurlar qazanılıb. Bir çox ölkələrin iqtisadi böhran yaşadığı hazırkı dönəmdə Azərbaycan iqtisadiyyatı sabit addımlarla irəliləyir ki, bu da sosial proqramların uğurla reallaşdırılmasına təminat verir. Reallıq ondan ibarətdir ki, Azərbaycanda iqtisadi sferada inkişafın özünü qabarıq göstərən ən önəmli cəhətlərindən biri sosialyönümlülük faktorunun daim ön planda olmasıdır.
Azərbaycan vətəndaşları əmin ola bilər ki, ölkə başçısı istənilən zaman onların yanındadır
“Ölkə başçısı İlham Əliyevin müvafiq tapşırığı əsasında Tarif Şurasının elektrik enerjisi və təbii qazın istifadəsində tətbiq olunan güzəştli limit artırılması ilə bağlı qərar bir daha sübut etdi ki, Azərbaycan Prezidentinin daxili siyasətində əhalinin sosial müdafiəsi, sosial siyasət prioritet istiqamətdir və dövlət rəhbəri istənilən qərarı, fərmanı və göstərişində birinci növbədə Azərbaycan xalqının maraqlarını nəzər alır”.
Maraqlı qüvvələr çirkin maraqları üçün donor fəaliyyətindən sui-istifadə edirlər
Azərbaycan Prezidenti xarici donorların qrant verməsi ilə bağlı sərəncam imzalayıb. Həmin sərəncama əsasən, yanvarın 1-dən vahid pəncərə sistemi çərçivəsində yeni qaydalar təsdiq olunmalıdır. Həmin qaydalara əsasən donorlar yalnız bir dövlət qurumuna, Ədliyyə Nazirliyinə müraciət etməklə paket sənəd əldə edəcəklər".
Diqqətli olmalıyıq, Azərbaycanı qarışdırmaq istəyən qüvvələr var
Rusiyanın Ankaradakı səfiri Andrey Karlovun qətli ilə bağlı versiyaların sayı getdikcə artır. Həm Rusiyanın, həm də Türkiyənın siyasi ekspertlərinin və siyasətçilərinin rəylərində üst-üstə düşən başlıca məqam ondan ibarətdir ki, terroru planlaşdıranların məqsədi Türkiyə-Rusiya münasibətlərini yenidən gərginləşdirmək idi.
Azərbaycan prezidenti ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib - YENİLƏNİB
Milli Olimpiya Komitəsində 2016-cı ilin idman yekunlarına həsr olunan mərasim keçirilib. Məlumata görə, Azərbaycan prezidenti, Milli Olimpiya Komitəsinin prezidentiİlham Əliyev mərasimdə iştirak edib. Dövlət başçısı tədbirdə çıxış edib.
Prezidentin siyasəti sayəsində ölkəmiz böyük uğurlar qazanıb
“Yüksək siyasi idarəçilik və liderlik qabiliyyətinə, tükənməz enerjiyə malik Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin düşünülmüş, çevik və qətiyyətli, uzaqgörən daxili və xarici siyasəti sayəsində ölkəmiz böyük uğurlar qazanıb”. Bunu millət vəkili Tahir Rzayev deyib.
Ekspert: Azərbaycanla əməkdaşlıq İsrail siyasətinin əsas məqsədlərindəndir
Azərbaycanla əməkdaşlıq İsrail xarici siyasətinin əsas məqsədlərindəndir. Məlumata görə, bu fikirlər İsrailin “Mitvim” regional xarici siyasət İnstitutunun idarə heyətinin üzvü, Yerusəlimdə Yəhudi Universitetinin İslam və Yaxın Şərq tədqiqatları kafedrasının müəllimi, professor Eli Podexin ynetnews.com saytında dərc olunan məqaləsində bildirilib.
Ruhani İrəvanda: İran-Ermənistan münasibətlərində yeni mərhələ?
İranın dövlət başçısı Həsən Ruhaninin Ermənistana səfəri ilə bağlı müxtəlif təhlillər aparılır. Erməni mətbuatı əldə edilən razılaşmalardan pafoslu şəkildə yazır. Ancaq bütövlükdə dərc edilən yazılara təhlili yanaşdıqda, burada qərəzliliyin olduğunu da görmək mümkündür.
Oqtay Əsədov: “Azərbaycan-Türkiyə dostluğu sarsılmazdır”
Milli Məclisin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəmanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Jalə Əliyeva: “ Prezident İlham Əliyev ən mürəkkəb vəzifənin öhdəsindən inamla gəlir”
“Ölkəmizin həqiqətləri dünya arenasında nüfuzu, vətəndaşlarımızın Prezidentin yanında olması bu gün Azərbaycan da Ulu Öndər Heydər Əliyev ideyalarının mövcudluğunu və gələcəyə məhz bu ideyalarla getdiyimizi göstərir”.













