Rusiya Federasiya Şurası Xəzərdə fövqəladə vəziyyətlərlə bağlı razılaşmanı ratifikasiya edib
Rusiya Federasiya Şurası Xəzər dənizində fövqəladə vəziyyətlərlə bağlı xəbərdarlığın edilməsi və onların aradan qaldırılmasına dair razılaşmanı ratifikasiya edib.
23 Dekabr 2016 14:54 SiyasətRusiya Federasiya Şurası Xəzər dənizində fövqəladə vəziyyətlərlə bağlı xəbərdarlığın edilməsi və onların aradan qaldırılmasına dair razılaşmanı ratifikasiya edib.
APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, sənəd Xəzər dənizində və sahil zonalarında baş vermiş hadisələrlə bağlı operativ yardımın göstərilməsi kimi məsələlərin həllini nəzərdə tutur.
Sənəd tərəflərin üzərinə yardımın göstərilməsi ilə bağlı qəti öhdəlik qoymur.
Sənəd 2014-cü il sentyabrın 29-da Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan tərəfindən Həştərxan görüşündə imzalanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31