İran “sülh göyərçini” rolunda

İran İslam Respublikasının prezidenti Həsən Ruhaninin bu günlərdə reallaşdırdığı Ermənistan səfəri və səfər zamanı İrəvanda söylədiyi bəzi fikirlər fikirlər müzakirə predmeti olaraq qalmaqdadır. Xüsusilə, Ruhaninin İrəvanda dost-qardaş dediyi işğalçı ölkə prezidenti Serj Sərkisyanla keçirdiyi görüşdə söylədiyi fikirlər sırasında Dağlıq Qarabağ problemi ilə bağlı dediyi sözlər diqqət çəkicidir. Belə ki, İslam Respublikasının prezidenti də Azərbaycanın daxili işlərinə müdaxilə etmək ənənəsinə sadiq qalaraq Dağlıq Qarabağ probleminin hərbi yolla həllinin mümkünsüz olduğunu bildirib. Ruhani ölkəsini sanki sülh göyərçini kimi təqdim edərək qeyd edib ki, Tehran hər zaman sülh tərəfdarı olub. Həsən Ruhaninin İrəvanda Dağlıq Qarabağ problemi ilə bağlı səsləndirdiyi fikirlər öz-özlüyündə bir neçə məqama toxunmağı zəruri edib.

Qarabağın işğaldan azad edilməsi Tehranı niyə və nə üçün narahat edir?

İran İslam Respublikasının prezidenti Həsən Ruhaninin bu günlərdə reallaşdırdığı Ermənistan səfəri və səfər zamanı İrəvanda söylədiyi bəzi fikirlər fikirlər müzakirə predmeti olaraq qalmaqdadır. Xüsusilə, Ruhaninin İrəvanda dost-qardaş dediyi işğalçı ölkə prezidenti Serj Sərkisyanla keçirdiyi görüşdə söylədiyi fikirlər sırasında Dağlıq Qarabağ problemi ilə bağlı dediyi sözlər diqqət çəkicidir. Belə ki, İslam Respublikasının prezidenti də Azərbaycanın daxili işlərinə müdaxilə etmək ənənəsinə sadiq qalaraq Dağlıq Qarabağ probleminin hərbi yolla həllinin mümkünsüz olduğunu bildirib. Ruhani ölkəsini sanki sülh göyərçini kimi təqdim edərək qeyd edib ki, Tehran hər zaman sülh tərəfdarı olub. Həsən Ruhaninin İrəvanda Dağlıq Qarabağ problemi ilə bağlı səsləndirdiyi fikirlər öz-özlüyündə bir neçə məqama toxunmağı zəruri edib.

Birincisi, Dağlıq Qarabağ probleminin həllində müharibə variantının qəbuledilməz olduğunu söyləmək İrana qalmayıb. İşğal altında olan ərazilərini erməni separatçılarından azad etmək Azərbaycanın tam hüquqdur. Beynəlxalq hüquq prinsipləri də bu haqqı Azərbaycana verir. Əgər Ruhaninin dostu-qardaşı hesab etdiyi Serj Sərkisyan Dağlıq Qarabağ probleminin diplomatik yolla həllinə maraqlı deyilsə və öz aqressiyasını davam etdirirsə, o halda Azərbaycan nəyi gözləməlidir? Bəlkə İran rəsmiləri bu suala cavab tapmağa çalışsınlar.

İkincisi, əgər İran doğurdan da sülh tərəfdarıdırsa, o zaman erməni separatçıları Şuşa, Laçın, Kəlbəcər, eləcə də digər rayonlarımızı işğal edəndə Tehran nə üçün sülh göyərçini olub erməni işğalının qarşısını almağa səy göstərmirdi? Məgər o zaman ermənilər gül-çiçəklə gəlib Azərbaycan torpaqlarını işğal etmişdilər? Yaxud Xocalıda, Malıbəylidə, elə İranın tam qulağının dibində Cəbrayıl və Zəngilanda yüzlərlə azərbaycanlının ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilməsi müharibə deyildimi?

Üçüncüsü, İran əgər doğurdan da sülh tərəfdarıdırsa, o zaman nə üçün on illərlə nüvə silahı əldə etmək istiqamətində ciddi cəhdlə çalışdı və buna nail oldu. Hətta bir neçə dəfə Qərb və Birləşmiş Ştatlarla öz dəcəl inadı səbəbindən kəllə-kəlləyə gəlmək təhlükəsi ilə də üzləşdi. Yalnız Azərbaycanın sayəsində Tehran Qərb və Birləşmiş Ştatların mümkün hədəflərindən kənarda qaldı. Belə olan halda İranın özünü sülh göyərçini göstərməsi nə dərəcədə məntiqlidir? Əslində verilən sualların cavabı da tam aydındır. Və İran məhz aşağıda qeyd etdiyimiz səbəblərdən dolayı Dağlıq Qarabağda yeni bir müharibənin yaşanmasından ehtiyat edir.

Birincisi, İran Qarabağda yeni bir hərbi əməliyyatların başlayacağı təqdirdə təkcə Ermənistan deyil, eləcə də onun özünün ciddi bir təhlükə ilə qarşılaşacağının fərqindədir. Belə ki, hərbi əməliyatlar aktiv fazaya qədəm qoyacağı təqdirdə bu əməliyyatlar İranla həmsərhəd olan və erməni işğalı altında saxlanılan ərazilərdə də həyata keçiriləcək. Azərbaycan Silahlı Qüvvələrinin gücü və potensialı qarşısında duruş gətirə bilməyən ermənilər isə hər zamankı kimi ümid yerini yenə İranda görəcəklər. Yəni, Azərbaycanın hücumundan canını götürüb qaçan ermənilər İrana pənah aparmalı olacaqlar. Bu isə İran üçün əlavə problemlər deməkdir. Hazırda İranda yaşayan ermənilərə hərbi əməliyyatlardan qaçıb bu ölkəyə pənah aparan erməniləri də əlavə etsək bu gələcəkdə İslam Respublikasında güclü erməni elektoratı demək olar. Ermənilərin isə tarixən məskunlaşdıqları ərazilərdə sonradan baş qaldırıb muxtariyyat tələb etmələri praktikasını nəzər alsaq Tehranın gələcəkdə belə bir təhlükə ilə üzləşcəsyindən ehtiyat etdiyini söyləyə bilərik. Digər tərəfdən hərbi əməliyyatların aktiv fazaya qədəm qoyması bir neçə raket zərbələrinin də təsadüf nətiəsində İrana düşməsi ilə nəticələnəcək. Bu məqam da Tehranı əndişələndirən əsas amillərdəndir.

Nəhayət, İran üçün ən ciddi qorxu bu ölkədə yaşayan azərbaycanlılarla bağlıdır. Tehran gözəl anlayır ki, Dağlıq Qarabağda aktiv hərbi əməliyyatlarrəcəyini başlayacağı təqdirdə heç bir qüvvə cənublu soydaşlarımızı orada saxlaya bilməyəcək və onlarda əldə silah Azərbaycan ərazilərinin işğaldan azad edilməsi prosesinə qoşulacaqlar. Əgər Cənubi Azərbaycanda 40 milyona yaxın soydaşımzıın yaşadığını və heç yox onlardan cəmi 5 milyonunun Qarabağ uğrunda müharibəyə dəstək verəcəyini nəzərə alsaq, o zaman Ermənistanın gələcək taleyinin necə olacağını düşünmək o qədər də asan olmayacaq. Yəni, belə bir müharibənin başlaması İranın dostu-qardaşı Ermənistanın xəritədən silinməsi ilə nəticələnə bilər. Ən başlıcası isə bu proseslərin sonu cənubdakı soydaşlarımızın İranda azadlıq əldə etmələrinə, hətta şimalla cənubun birləşməsinə gətirib çıxara bilər ki, bu da Ermənitanla yanaşı, eyni zamanda İranın məhv olması deməkdir. Bütün bunları nəzərə alan və ciddi bir təhlükə qarşısında qaldığının fərqində olan İran bu səbəbdən özünü sülh göyərçini kimi təqdim edir. Amma Tehran unudur ki, o, indiyə qədər ortaya qoyduğu ədalətsiz və xəyanətkar mövqeyi ilə sülh göyərçini funksiyasını itirib.

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31