Dövlət başçısından vətəndaşlara dəstək
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurla reallaşdırdığı sürətli inkişaf strategiyası nəticəsində dayanıqlı makroiqtisadi sabitlik və davamlı iqtisadi artım təmin olunub, ölkəmizdə əhalinin rifah halının yüksəldilməsi və güclü sosial müdafiə sisteminin qurulması sahəsində əsaslı uğurlar qazanılıb. Bir çox ölkələrin iqtisadi böhran yaşadığı hazırkı dönəmdə Azərbaycan iqtisadiyyatı sabit addımlarla irəliləyir ki, bu da sosial proqramların uğurla reallaşdırılmasına təminat verir. Reallıq ondan ibarətdir ki, Azərbaycanda iqtisadi sferada inkişafın özünü qabarıq göstərən ən önəmli cəhətlərindən biri sosialyönümlülük faktorunun daim ön planda olmasıdır.
23 Dekabr 2016 14:21 SiyasətPrezident xalqın maraqlarını hər şeydən üstün tutduğunu bir daha sübut etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurla reallaşdırdığı sürətli inkişaf strategiyası nəticəsində dayanıqlı makroiqtisadi sabitlik və davamlı iqtisadi artım təmin olunub, ölkəmizdə əhalinin rifah halının yüksəldilməsi və güclü sosial müdafiə sisteminin qurulması sahəsində əsaslı uğurlar qazanılıb. Bir çox ölkələrin iqtisadi böhran yaşadığı hazırkı dönəmdə Azərbaycan iqtisadiyyatı sabit addımlarla irəliləyir ki, bu da sosial proqramların uğurla reallaşdırılmasına təminat verir. Reallıq ondan ibarətdir ki, Azərbaycanda iqtisadi sferada inkişafın özünü qabarıq göstərən ən önəmli cəhətlərindən biri sosialyönümlülük faktorunun daim ön planda olmasıdır. Respublikamızda reallaşan sosial siyasətin əsas fəlsəfəsi hər bir vətəndaşın yüksək rifahının təmin olunmasıdır. Bu baxımdan aparılan məqsədyönlü siyasət nəticəsində inkişaf göstəricilərinə malik olan iqtisadiyyatımız əhalinin etibarlı sosial müdafiəsinin əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasını təmin edib. Beləliklə, sosial rifaha xidmət edən tədbirlərin işlənib hazırlanması və uğurla reallaşması ilə ölkəmizin davamlı inkişafının sosial yönümü daim təmin olunur. Dövlət başçısının əhalinin sosial müdafiəsinə hədəflənmiş siyasəti növbəti dəfə təsdiqini tapmış oldu. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə ölkədə təbii qaz və elektrik enerjisindən istifadəyə görə güzəştli limitlər artırılıb. İqtisadiyyat naziri Şahin Mustafayev deyib deyib ki, əhali üzrə aylıq elektrik enerjisi istehlakı 300 kilovat-saatadək olan istehlakçılar üçün dəyişdirilməyərək mövcud 7 qəpik səviyyəsində saxlanılıb, aylıq istehlak həcminin 300 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilib. Eləcə də təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1700 kubmetrədək olan istehlakçılar üçün dəyişdirilməyərək bir kubmetr üçün mövcud 10 qəpik səviyyəsində saxlanılıb, illik istehlak həcminin 1700 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik müəyyənləşdirilib. Milli Məclisin deputatı Fəzail Ağamalı deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə təbii qaz və elektrik enerjisindən istifadəyə görə güzəştli limitlərin artırılması dövlət başçısının xalqa göstərdiyi bir qayğıdır. Deputat qeyd edib ki, Prezident əhalinin aşağı təbəqəsinin sosial müdafiəsini gücləndirmək üçün lazımi tapşırıqlar verir: "Dövlət başçısının bu tapşırığı da vətəndaşlara bir dəstəkdir. Əlbəttə, prezidentimiz hər zaman xalqın yanında olduğu kimi, xalqın maraqlarını hər şeydən üstün tutduğu kimi, indi də bunu nümayiş etdirdi". F.Ağamalı hesab edir ki, ölkə Prezidenti gələcəkdə də bu məsələyə qayıda bilər: "Çünki xalqımızın həyat səviyyəsinin yaxşılaşması, sosial problemlər içərisində olmaması ana xətt təşkil edir və dövlətimizin başçısı bu məsələni həmişə diqqətdə saxlayır". Millət vəkili Elman Nəsirov isə deyib ki, Tarif (qiymət) Şurasının elektrik enerjisi və təbii qazdan istifadəyə görə tətbiq edilən limitlərə yenidən baxması gözlənilən idi. Onun sözlərinə görə, Tarif Şurasının yeni qərarı həqiqətən də istehlakçıların xeyirinə işləyir: "Tarif Şurasının əvvəlki qərarında istifadə edilən elektrik enerjisi və qaza görə limitin az olması istehlakçıları narahat edirdi. Seçicilərimlə görüşdə onlar da bu məsələ ilə bağlı mənə müraciət edirdilər. Əhali əvvəlki limitdən artıq elektrik enerjisi və təbii qaz istifadə etdiyini bildirirdi. Gözləyirdik ki, Tarif Şurası bu qərarla bağlı dəqiq araşdırma aparsın və limitlərə yenidən baxsın". E.Nəsirov əlavə edib ki, bu, müsbət qərardır və alqışlanmalıdır: "Xüsusilə qış mövsümündə bu limit istehlakçılar üçün az idi. İndiki qərar daha da məntiqlidir. Çox istərdim ki, Tarif Şurası belə qərarları qəbul edərkən problemi daha da dərindən araşdırsın". İqtisadçı ekspert Qubad İbadoğlu qeyd edib ki, Tarif Şurasının son iclasında təbii qaz üçün təsdiqlənmiş illik istehlak həcmi 1500 kubmetrdən 1700 kubmetrə, aylıq elektrik enerjisinin istehlakının həcmi isə 250 kilovat-saatdan 300 kilovat-saata qaldırılıb. Bu, o, deməkdir ki, normadan artıq qaz istehlak edənlərin illik xərci 20 manat, elektrik enerjisi istehlak edənlərin illik xərci isə 24 manat azalacaq.
Göründüyü kimi Azərbaycan dövləti daim sosial məsələləri, xüsusən əhalinin rifah halının yüksəldilməsini daim diqqət mərkəzində saxlayır. Baxmayaraq ki, dünyada iqtisadi, maliyyə böhranı yaşanır, neftin qiyməti dəfələrlə aşağı düşüb, ancaq Azərbaycanda maaşlar və pensiyaların artımı davam etdirilir. Bununla paralel olaraq ölkədə həyata keçirilin enerji siyasətində də əhalinin maddi vəziyyəti nəzərə alınır. Təkcə onu xatırlatmaq kifayətdir ki, Tarif Şurasının yeni qərarı nəticəsində tətbiq olunan tariflər ölkə vətəndaşlarının 75-80 faizinin sosial vəziyyətinə təsir etməyəcək. Yeri gəlmişkən xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hakimiyyətə gəldiyi ilk illərdən yoxsulluqla mübarizəni əsas prioritet elan edərək əhalinin sosial müdafiəsinin gücləndirilməsi, ölkədə yoxsulluğun tamamilə aradan qaldırılması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirməyi qarşısına məqsəd qoyub. Bu istiqamətdə ölkə başçısı imzaladığı çoxsaylı sərəncamlarla ölkədə iqtisadi və sosial sahədə müşahidə olunan müsbət meyillərin, o cümlədən əhalinin rifah halının yaxşılaşdırılması və yoxsulluğun səviyyəsinin azaldılması sahəsində tədbirlərin davam etdirilməsini təmin etmişdir. Məhz dövlət başçısının Tarif Şurasına etdiyi bu tövsiyyə də soaial siyasətin növbəti elementi hesab oluna bilər.
Alim