Siyasət

Qüds və Qarabağ: Oxşar cəhətlər və Azərbaycanın maraqları…

14 Dekabr 2017 14:23

ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin rəsmi paytaxt kimi tanıması barədə verdiyi məlum qərarı Azərbaycanda da ciddi rezonansa səbəb olsa da, belə demək mümkünsə cəmiyyəti iki hissəyə bölüb. Bir qism Trampın bu qərarını beynəlxalq hüquq norma və prinsipləri ayaq altına atması kimi dəyərləndirsə də, digər qism müxtəlif arqumentlərlə Qüdsün İsrailin paytaxtı elan edilməsini düzgün addım hesab edir və bunu dəstəkləyirlər. Lakin Qüdsün İsrailin paytaxtı elan edilməsini dəstəkləyən qism insanlar bunun Azərbaycanın milli maraqlarına cavab verib-verməməsini nəzərə almır və bunun Azərbaycan üçün hansı xoşagəlməyən presidentlərə yol aça biləcəyini, yaxud da beynəlxalq hüquq normalarına zidd olduğunu nəzərə almayıblar.

Azərbaycan beynəlxalq hüquq və prinsipləri üstün tutur

14 Dekabr 2017 14:14

Bu gün dünyanın bir nömrəli müzakirə mövzusu Qüdsdür desək yanılmarıq. Birləşmiş Ştatlar prezidentinin bir neçə gün əvvəl Qüdslə bağlı verdiyi açıqlama Yaxın Şərqdə, xüsusilə Qəzza bölgəsində yenidən gərginliyi artırdı. Uzun müddət bölgədə hökm sürən nisbi sabitliyi indi yenə silah səsləri, silahlı qarşıdurma əvəzləyib. Hazırda Qəzza bölgəsi 10-15 il əvvəli xatırladır. Problemin getdikcə ciddiləşməsi müsəlman ölkələrinin Birləşmiş Ştatlara qarşı koalisiya formalaşdırmasına yol açıb.

Bahar Muradova: “Ərazi bütövlüyü ilə bağlı mövqeyin vacibliyi indi dərk olunmaqdadır”

14 Dekabr 2017 13:56

“Təəssüf ki, ərazi bütövlüyü ilə bağlı mövqeyin vacibliyi indi dərk olunmaqdadır, bunu da vacib edən əlbəttə getdikcə dünya ölkələrində, dünyanın ən müxtəlif regionlarında ərazi bütövlüyünə qarşı yönəlmiş separatçı cəhdlərin artması səbəb olub”. Məlumata görə, bunu Milli Məclisin vitse-spikeri Bahar Muradova Avropa Parlamentinin "Avropa İttifaqının xarici siyasət və təhlükəsizliklə bağlı qətnamə"sini şərh edərkən deyib.

“Kimsə Azərbaycandan mövqe dəyişikliyini və güzəşti gözləməsin”

14 Dekabr 2017 13:46

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Şərqi Qüdsü Fələstinin paytaxtı kimi tanıyıb. Bu barədə təşkilatın dekabrın 13-də Türkiyənin İstanbul şəhərində keçirilən növbədənkənar sammitinin nəticələrinə əsasən yayımlanan rəsmi məlumatda bildirilir. Məlumata görə, sənəddə dünya ictimaiyyətinə bu nümunəyə uyğun addımlar atmaq və Şərqi Qüdsü Fələstin dövlətinin işğal olunmuş paytaxtı kimi tanımaq tövsiyə olunub. Sammitdə Azərbaycan prezidenti İlham Əliyev də çəxəş edərək məsləyə münasibətini bildirib: “Amerika Birləşmiş Ştatları prezidentinin beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının qətnaməsinə zidd olan Qüds şəhərinin İsrailin paytaxtı kimi tanınması və ABŞ səfirliyinin bu şəhərə köçürülməsi ilə bağlı qərarı bizdə böyük narahatlıq yaradır. Bu qərar Fələstin-İsrail münaqişəsinin ədalətli və hərtərəfli nizama salınması işinə mənfi təsir edə, Yaxın Şərqdə təhlükəli fəsadlara gətirib çıxara bilər. Hesab edirik ki, Amerika Birləşmiş Ştatları bu qərara yenidən baxmalıdır”.

Azərbaycan Prezidentinin İƏT-in zirvə görüşündəki çıxışı Türkiyə mediasında geniş işıqlandırılıb 

14 Dekabr 2017 12:26

Azərbaycan Prezidenti İlham Əliyevin İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) hazırkı sədri Türkiyə Respublikasının təşəbbüsü ilə dekabrın 13-də Qüds məsələsinə dair keçirilmiş fövqəladə Zirvə toplantısında iştirakı Türkiyə KİV-lərinin diqqət mərkəzində olub.

Müsavat başqanının müavini istefa verdi

14 Dekabr 2017 12:23

Müsavat Partiyasının başqan müavini Elman Fəttah vəzifəsindən istefa verib. E. Fəttah açıqlamasında bu barədə yayılan xəbərləri təsdiqləyib. O bildirib ki, istefasına partiyanın idarəçiliyində yaranan fikir ayrılıqları səbəb olub. 

Azərbaycanın hərbi qulluqçusu şəhid olub

14 Dekabr 2017 12:04

Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin pozulması nəticəsində düşmən atəşindən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu  Salahov Fizuli Süleyman oğlu şəhid olub. 

Azərbaycan prezidenti Böyük Britaniya nümayəndə heyətini qəbul edib

14 Dekabr 2017 11:35

Azərbaycan prezidenti İlham Əliyev Böyük Britaniyanın ticarət və ixracın təşviqi üzrə naziri, hökumətlərarası komissiyanın həmsədri Baronessa Rona Fairhedin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. 

Münaqişənin  həlli üçün Ermənistana mütləq şəkildə təzyiq olunmalıdır

14 Dekabr 2017 11:33

“Hazırda Dağlıq Qarabağ münaqişənin həlli istiqamətində diplomatik fəallıq müşahidə olunur”. “OLAYLAR”-ın yap.org.az-a istinadən verdiyi xəbərə görə, bu fikri millət vəkili Elman Məmmədov səsləndirib.

Qüds Zirvə Toplantısında İƏT Gənclər Forumunun fəaliyyəti dəstəklənib

14 Dekabr 2017 11:32

İƏT ölkələri dövlət başçılarının Qüdslə bağlı keçirilən fövqəladə Zirvə Toplantısında İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun fəaliyyətinə də diqqət çəkilib. “OLAYLAR”-ın xəbərinə görə, mişdir. zirvədə iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Fələstin lideri Mahmud Abbas öz çıxışlarında İƏT Gənclər Forumunun fəaliyyətinə də toxunublar.

Azərbaycan Prezidenti keniyalı həmkarını təbrik edib

13 Dekabr 2017 18:12

Prezident İlham Əliyev Keniya Respublikasının Prezidenti Uhuru Kenyattaya təbrik məktubu göndərib.

Deputat: Prezident İlham Əliyevin İƏT-in Zirvə toplantısında iştirakı Azərbaycanın İslam dünyasının ən fəal üzvlərindən olduğunu göstərir

13 Dekabr 2017 17:54

Prezident İlham Əliyevin İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) hazırkı sədri Türkiyənin təşəbbüsü ilə Qüds məsələsinə dair fövqəladə Zirvə toplantısında iştirakı Azərbaycanın İslam dünyasının bu gün ən fəal üzvlərindən biri olduğunu göstərir.

Prezident: "Dünya müsəlmanları bilməlidirlər ki, müqəddəs məscidlərimizi dağıdan Ermənistan müsəlman ölkələrinin dostu ola bilməz"

13 Dekabr 2017 16:47

"İslam Əməkdaşlıq Təşkilatına, onun üzv dövlətlərinə və dünyadakı müsəlman cəmiyyətlərinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağmünaqişəsinin həllində Azərbaycana göstərdikləri ədalətli dəstəyə görə təşəkkürümü ifadə etmək istərdim. İyirmi ildən artıqdır ki, Ermənistan Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsi və ətraf 7 rayonu daxil olmaqla 20 faiz torpaqlarını işğal altında saxlayır.