Siyasət
Azərbaycan prezidenti: “ABŞ Qüdslə bağlı qərarına yenidən baxmalıdır”
“Amerika Birləşmiş Ştatları prezidentinin beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının qətnaməsinə zidd olan Qüds şəhərinin İsrailin paytaxtı kimi tanınması və ABŞ səfirliyinin bu şəhərə köçürülməsi ilə bağlı qərarı bizdə böyük narahatlıq yaradır. Bu qərar Fələstin-İsrail münaqişəsinin ədalətli və hərtərəfli nizama salınması işinə mənfi təsir edə, Yaxın Şərqdə təhlükəli fəsadlara gətirib çıxara bilər.
Müsəlman ölkələri İstanbulda Qüds həmrəyliyi nümayiş etdirdi
Bir neçə gün əvvəl Birləşmiş Ştatlar prezidenti Donald Trampın Qüdslə bağlı verdiyi açıqlama İslam coğrafiyasında şpk effekti yaratmaqla yanaşı, müsəlman ölkələrini Vaşinqtona qarşı səfərbər olmağa sövq etdi. Qısa sürən müzakirələrdən sonra Trampın Qüds qərarına etiraz olaraq müsəlman ölkələri Türkiyədə Islam Əməkdaşlıq Təşkilatı çərçivəsində İstanbulda bir araya gəldi.
Leyla Yunus “casus” adlandırdığı vəkil Elçin Qənbərovu Xədicə İsmayıla tövsiyə edibmiş; hüquq müdafiəçisi daşınmaz əmlak maqnatı imiş...
2015-ci ilin dekabrında həbsdən azad olunduqdan sonra Niderlanda köçən hüquq müdafiəçisi Leyla Yunusun Meydan TV-yə müsahibəsi bir neçə gündür social şəbəkələrdə geniş müzakirə olunmaqdadır. Müsahibədə Leyla Yunus vəkili Elçin Qəmbərovun onun məhbəsdə yazdığı məktublar əsasında tərtib etdiyi "Leyla Yunusun parlaqlığı və səfaləti" kitabı və haqqında səslənən bir sıra iddialara cavab verib. Sosial şəbəkələrədə gedən müzakirələrdən görünür ki, həm insan haqları müdafiəçiləri, həm də ayrı-ayrı sektorlara mənsub fəallar Leyla Yunusun açıqlamalarını birmənalı qarşılamırlar.
Azərbaycanda 5 nazir vəzifədən azad edildi - Siyahı
Nazir: “Ermənistanın silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalıdır”
Xarici işlər naziri Elmar Məmmədyarov news.az saytına müsahibə verib. XİN-dən “Olaylar”a verilən məlumata görə, nazir “Ermənistan xarici işlər naziri guya Vyana görüşündə Azərbaycan tərəfinin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bəyanatına qoşulmadığını deyir.
Avropa Məhkəməsinin qərarını ədalətli hesab etmək olarmı?
Laçın rayonundan olan məcburi köçkünlər - Elxan və Adışirin Çıraqovlar, Fəxrəddin Paşayev, Akif Həsənov, Ramiz və Qaraca Cəbrayılovların Ermənistan Respublikası tərəfindən işğal edilmiş Laçın rayonuna qayıtmaq və öz mülkiyyətindən istifadə etmək, öz evlərində yaşamaq imkanından məhrum olunmaları barədə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə etdikləri şikayətləri üzrə məhkəmənin Böyük Palatasının yeni qərarı elan olunub.Qərara əsasən Ermənistan hökuməti 3 ay ərzində şikayətçi olan məcburi köçkünlərin hər birinə 5 min avro təzminat ödəməlidir. Bundan başqa, Ermənistan şikayət üzrə vəkil xərcləri kimi 28 min 642 funtsterlink ödəməlidir. Qeyd edək ki, 2005-ci ilin aprel ayında Laçın rayonundan olan məcburi köçkünlər - Elxan və Adışirin Çıraqovlar, Fəxrəddin Paşayev, Akif Həsənov, Ramiz və Qaraca Cəbrayılovlar Avropa Məhkəməsinə ərizə ilə müraciət edərək Ermənistan Respublikası tərəfindən işğal edilmiş Laçın rayonuna qayıtmaq və öz mülkiyyətindən istifadə etmək, öz evlərində yaşamaq imkanından məhrum olunmaları barədə şikayət ediblər.
Ərdoğan Qüdsü Fələstinin paytaxtı kimi tanımağa çağırdı - CANLI YAYIM
Fələstin lideri çıxışında Böyük Britaniyanın özünün olmayan Fələstin torpaqlarını sionist rejimə hədiyyə etdiyini bildirib. Onun sözlərinə görə, Britaniya bunu edəndə ən böyük tərəfdaşı ABŞ idi.
Mahmud Abbas: “ABŞ bundan sonra bu məsələdə vasitəçi kimi çıxış edə bilməyəcək”
“Böyük Britaniya özünün olmayan Fələstin torpaqlarını sionist rejimə hədiyyə etdi. Bu məsələdə ən böyük dəstəkçi ABŞ idi”. Bu sözləri Fələstin rəhbəri Mahmud Abbas İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Qüds məsələsi ilə bağlı İstanbulda keçirilən fövqəladə sammitində çıxışı zamanı deyib.
Azərbaycan-Türkiyə birgə qoşun növü masada
Gələn il Qarabağ konfliktinin həllində irəliləyiş əldə olunmasa, Türkiyə-Azərbaycan birgə ordu birləşməsi Naxçıvanda yaradıla bilər. Bu il ərzində Türkiyə ilə bir neçə dəfə birgə hərbi təlimlər, türk generallarının intensiv səfərləri və iki dövlətin baş qərargahları arasında sənədlərin imzalanması, iki dövlətin ordusunun inteqrasiyasını sürətləndirir”.
Qənirə Paşayeva İraqı Xocalı soyqırımı ilə bağlı rəsmi mövqe bildirməyə çağırıb
Millət vəkili Qənirə Paşayeva İraq Jurnalistlər İttifaqının Bağdadda təşkil etdiyi terrorla mübarizəyə dair və 50-ə yaxın ölkədən nümayəndələrin qatıldığı beynəlxalq tədbirdə iştirak edib. “Olaylar” xəbər verir ki, tədbirdə İraq rəsmiləri terrorla mübarizəyə dair gördükləri tədbirlər, bu istiqamətdə əldə etdikləri uğurlar barədə məlumatlar veriblər və terrorla mübarizədə ikili standartlara son qoyulmasının vacibliyi, terrorla mübarizədə beynəlxalq birliyin vacibliyi ətrafında müzakirələr keçirilib.
Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Qüds məsələsi ilə bağlı fövqəladə Zirvə toplantısında iştirak edir
Dekabrın 13-də İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) hazırkı sədri Türkiyə Respublikasının təşəbbüsü ilə Qüds məsələsinə dair fövqəladə Zirvə toplantısı işə başlayıb.
Türkiyə prezidenti Qüdsü Fələstinin işğal altındakı paytaxtı kimi tanımağa çağırıb
"İsrailə nəsə deməyə gərək yoxdur. Həqiqət ortadadır. İşğal, qanunsuz məskunlaşmalar, evlərin dağıdılması, ərazi və mülklərin zəbt edilməsi kimi terror hərəkətlərinə görə İsrail mükafatlandırılıb. Bu mükafatı verən təkbaşına da olsa, Trampdır.
Ərdoğan: "İsrail işğalçı və terrorçu dövlətdir"
"Qüdsdə, bu qədim şəhərin küçələrində dolanan hər kəs oranın işğal altında olduğunu anlayacaq". Bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Qüds məsələsi ilə bağlı İstanbulda keçirilən fövqəladə sammitində çıxışı zamanı deyib.
İstanbulda İƏT-in Qüds məsələsi ilə bağlı fövqəladə Sammiti başlayıb
İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Qüds məsələsi ilə bağlı fövqəladə Zirvə toplantısı keçirilir. Sammitdə 48 ölkə iştirak edir. Əfqanıstan, Azərbaycan, Banqladeş, İndoneziya, Fələstin, Qana, İran, Qətər, Küveyt, Liviya, Livan, Somalli, Sudan, Toqo, İordaniya və Yəməndən dövlət başçıları, digər ölkələr isə baş nazir, nazir və nazir müavinləri səviyyəsində təmsil olunur. Təşkilatın müşahidəçi statusundakı üzvləri Rusiya və Çin də İstanbulda sammitinə diplomatik səviyyədə nümayəndələrini göndərib. Tədirə "Quran" oxunması ilə başlanıb.
Siyavuş Novruzov: "Ermənilərin saxta qeydiyyatlarına qarşı ciddi mübarizə aparmalıyıq"
“Ermənilərin Azərbaycanın işğal olunmuş ərazilərində abidələri öz adlarına çıxarmağa cəhd etməsi ciddi problemlərdir”. Məlumata görə, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov Bakıda “Müəllif hüququna hörmətin aşılanması və rəqəmsal mühitdə piratçılığa və kontrafaktçılığa qarşı mübarizə” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.












