Siyasət
Dövlət başçısı Sumqayıtda Lüdviqşafen parkında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub
Azərbaycan prezidenti İlham Əliyev Sumqayıta səfəri çərçivəsində şəhərin Lüdviqşafen parkında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub. Məlumata görə, Sumqayıtın Lüdviqşafen parkında geniş abadlıq-quruculuq işləri aparılıb, yaşıllıq zolaqları salınıb, oturacaqlar qoyulub.
Prezident YAP-ın Sumqayıt təşkilatının inzibati binasının açılışında iştirak edib
Azərbaycan prezidenti İlham Əliyev Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının inzibati binasının açılışında iştirak edib. Məlumata görə, dövlət başçısı binanın rəmzi açılışını bildirən lenti kəsib.
Azərbaycan prezidenti Sumqayıt Kimya Sənaye Parkında olub
Azərbaycan prezidenti İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında görülən işlərlə tanış olub, yeni müəssisələrin təməlqoyma və açılış mərasimlərində iştirak edib. Məlumata görə, iqtisadiyyat naziri Şahin Mustafayev dövlət başçısına burada görülən işlərlə bağlı məlumat verib. Sonra prezident İlham Əliyev parkın ərazisində “AzerFloat” Qapalı Səhmdar Cəmiyyətinin termoformasiya metodu ilə şüşə istehsalı zavodunun təməlini qoyub.
Prezident İlham Əliyev Sumqayıta səfər edib
Azərbaycan prezidenti İlham Əliyev Sumqayıta səfər edib. Məlumata görə, dövlət başçısı Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Ermənilər 128 dəfə atəşkəsi pozub
“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 128 dəfə pozub.
Prezident: "Gənclərimizin elmə daha yaxından cəlb olunması istiqamətində mühüm addımlar atılır"
Azərbaycan prezidenti Gənc Alimlərin Birinci Qurultayının iştirakçılarını təbrik edib. Məlumata görə, təbrik məktubunu Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev oxuyub. Dövlət başçısının təbrikində bildirilir ki, dinamik yüksəliş xalqımızın elmi potensialının nəticəsidir: "Milli ənənələrimizə sadiq gənc alimlərimizin yetişməsi önəmlidir.
Prezident: "Gənclərimizin elmə daha yaxından cəlb olunması istiqamətində mühüm addımlar atılır"
Azərbaycan prezidenti Gənc Alimlərin Birinci Qurultayının iştirakçılarını təbrik edib. Məlumata görə, təbrik məktubunu Prezident Administrasiyasının rəhbəriRamiz Mehdiyev oxuyub.
Müsavatda gərginlik davam edir ANALİTİK
Müsavat partiyasının başqan müavini Elman Fəttahın vəzifəsindən istefa verməsi və partiya rəhbəriyi ilə ciddi fakir ayrılıqlarının olması barədə etirafları sübut edir ki, təşkilatdaxili gərginlik son həddə qədər inkişaf edib. Bu amil isə başqan Arif Hacılının və sabiq başqan İsa Qəmbərin bir çox məsələlərdə müavinlərlə, funksionerlərlə ortaq məxrəcə gəlməmələrinin sübutudur. Ümumiyyətlə, avtoritar idarəçilik sistemi bir çox müsavatçıların kəskin narazılıqları ilə müşahidə olunmaqdadır. Bu baxımdan, davamlı istefaların, partiya parçalanmasının labüdlüyü də ortadadır.
Müdafiə sənayesi işçiləri təltif edilib - SİYAHI
Prezident İlham Əliyev Azərbaycanın müdafiə sənayesi işçilərinin təltif edilməsi haqqında sərəncam imzalayıb.
Mehriban Əliyeva Böyük Britaniya nümayəndə heyəti ilə görüşdü- YENİLƏNİB
Azərbaycanın I vitse-prezidenti Mehriban Əliyeva Böyük Britaniyanın ticarət və ixracın təşviqi üzrə naziri, hökumətlərarası komissiyanın həmsədri Baronessa Rona Feyrhedin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Türkiyə XİN: "Ermənistan Xocalıda törədilmiş cinayətlərə görə cavab verməlidir"
"Ermənistan Xocalıda törədilmiş cinayətlərə görə cavab verməlidir". Bunu Türkiyə Xarici İşlər Nazirliyi Ermənistan Xarici İşlər Nazirliyinin Ermənistan-Türkiyə protokolları ilə bağlı bəyanatına cavab olaraq bildirib.
BQXK Dağlıq Qarabağda saxlanılan 3 azərbaycanlıya baş çəkib
Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri (BQXK) Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan şəxslərə növbəti dəfə baş çəkiblər. Bu barədə BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib. Qurum rəsmisi bildirib ki, başçəkmə dekabr ayında olub: “Başçəkmə zamanı saxlanılan şəxslərin saxlanma şəraiti və onlarla rəftarla bağlı monitorinq keçirilib”.
“Prezidentin verdiyi bəyanat çox güclü idi”
“Qüds məsələsi ilə bağlı İslam ölkələrinin liderlərinin İstanbul konfransını keçirməsi çox məntiqə uyğun idi .Çünki İslam dünyası ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımasına sərt reaksiya verməyə bilməzdi”. Bu fikirləri politoloq Fikrət Sadıqov deyib. O qeyd edib ki, Azərbaycan prezidentinin də konfransa qatılması bizim islam aləmi ilə əməkdaşlığımızın formatına uyğun addım idi.
"Azərbaycan həm də müsəlman ölkəsi kimi birincilərdən olduğunu əməli fəaliyyəti ilə sübuta yetirir"
Azərbaycan həm də müsəlman ölkəsi kimi birincilərdən olduğunu əməli fəaliyyəti ilə sübuta yetirir. Bunu siyasi ekspert Bəhruz Quliyev Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatının Qüds məsələsinə dair fövqəladə Zirvə toplantısında ali səviyyədə təmsil olunmasını şərh edərkən deyib.
"Azərbaycan insan haqları ilə bağlı öhdəliklərini icra edir"
Azərbaycan insan haqları ilə bağlı tövsiyələrə əməl edir, öhdəliklərini icra edir. Bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai 10 dekabr- Ümumdünya İnsan Hüquqları Gününə həsr edilmiş konfansda çıxışı zamanı deyib.













