Siyasət
Fövqəladə Hallar Nazirliyinin əməkdaşları təltif edilib (SİYAHI)
Prezident İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb.
Zakir Həsənov yeni idarəetmə məntəqəsinin açılışında iştirak edib
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti yeni inşa edilmiş taktiki təlim şəhərciyinin yeni idarəetmə məntəqəsinin açılışında iştirak edib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, idarəetmə məntəqəsi haqqında məruzə edilərək bildirilib ki, burada təlimlərə cəlb ediləcək şəxsi heyətin yerləşdirilməsi üçün müvafiq infrastruktur yaradılıb.
Parisdə Ermənistan səfirliyi qarşısında azərbaycanlı girovlarla bağlı aksiya keçirilib
Dekabrın 15-də Ermənistanın Fransadakı səfirliyinin binası qarşısında Kəlbəcərdə girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunması tələbi ilə etiraz aksiyası keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, aksiyada Fransada yaşayan Azərbaycan diaspor təşkilatlarının nümayəndələri iştirak edib.
Dövlət başçısı: “Sənaye zonalarının yaradılması prosesi Azərbaycanda geniş vüsət alıb”
"Sumqayıt bu gün Cənubi Qafqazda Bakıdan sonra ikinci böyük sənaye şəhəridir. Burada yaradılan sənaye müəssisələri ən yüksək standartlara cavab verir”. Məlumata görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında görülən işlərlə tanış olarkən deyib.
MSK hansı hallarda deputatın mandatını ləğv edə biləcək?
Milli Məclisin dekabrın 15-də keçirilən iclasında Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Seçki Məcəlləsinə təklif olunan dəyişikliklərdə etik davranış qaydasını kobud pozmasına və səsvermə hüququnu başqasına verməsinə görə deputatın mandatının ləğv olunması səlahiyyətinin Mərkəzi Seçki Komissiyasına verilməsini şərh edib.
Prezident: “Azərbaycanda idxaldan asılılığı aradan götürəcək müəssisələr fəaliyyətə başlayır”
“Bu gün ölkə iqtisadiyyatı, sənaye potensialı üçün vacib olan müəssisələr fəaliyyətə başlayır. O müəssisələr ki, idxaldan asılılığı aradan götürəcək. Bu, məni çox sevindirir. Çünki bizim əsas məqsədlərimizdən biri də odur ki, yerli istehsal artsın, iş yerləri yaradılsın və idxaldan asılılıq azalsın”. Məlumata görə, bunu Azərbaycan prezidenti İlham ƏliyevSumqayıt Kimya Sənaye Parkında görülən işlərlə tanış olarkən deyib.
İlham Əliyev: “Valyuta ehtiyatlarımız artır, maliyyə vəziyyətimiz də çox sabitdir”
“Biz ili uğurla başa vururuq. On bir ayda sənaye istehsalı qeyri-neft sahəsində 3,5 faiz, qeyri-neft iqtisadiyyatımız 2,4 faiz, kənd təsərrüfatı 4 faizdən çox artıb”. Məlumata görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında görülən işlərlə tanış olarkən deyib.
Prezident İlham Əliyev Sumqayıtda boruyayma zavodunun açılışında iştirak edib
Azərbaycan prezidenti İlham Əliyev “Baku Steel Company” MMC-nin Sumqayıt boruyayma zavodunun yenidənqurmadan sonra açılışında iştirak edib. Məlumata görə, “Baku Steel Company” MMC-nin müşahidə şurasının sədri Rasim Məmmədov dövlət başçısına görülən işlərlə bağlı ətraflı məlumat verib.
Çingiz Qənizadə: Qanunda müəyyən boşluqlar var”
“Hesablama palatası haqqında” qanun layihəsinin 13-cü maddəsində müəyyən qədər başa düşülməyən məqamlar var. Bu məqamlar da hüquqla bağlı olduğuna görə bir neçə məsələni qeyd etmək istəyirəm.
Siyavuş Novruzov: “Bir dəfə riyaziyyatçını müdafiə naziri qoydular ölkənin başına nə oyun açdığını gördük”
“Bəzən hərbi xidmətə getməyən deputatlar burda hərbi xidmətdən danışırlar”. “Olaylar” xəbər verir ki, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov Milli Məclisdə "Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında" qanun layihəsinin müzakirəsi zamanı çıxışında deyib. S.Novruzov bildirib ki, "Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında" qanun layihəsi yüksək səviyyədə hazırlanıb: “Birinci oxunuşda qanun layihəsi ilə bağlı edilən təkliflər nəzərə alınıb. Ümumiyyətlə, Silahlı Qüvvələr haqqında danışarkən xarici təcrübəyə əsaslanmalı, dünyada baş verənləri və ölkəmizin indiki vəziyyətini nəzərə almalıyıq. Biz elə bir qanun qəbul etməliyik ki, bu qanun hazırkı standartlara cavab versin. Təbii ki, heç bir qanun Quran ayəsi deyil. Müəyyən vaxtdan sonra ona dəyişiklik etmək mümkündür”.
Azay Quliyev: “İctimai nəzarətə xüsusi diqqətlə yanaşmalıyıq”
“Suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin dəyişilməzliyi beynəlxalq prinsipdir. Helsinki Yekun Aktında da bu prinsiplər qeyd edilib. Hesab edirəm ki, “Silahlı Qüvvələr haqqında” qanun layihəsinin 1.0.2-ci bəndində də beynəlxalq səviyyədə tanınmış sərhədlərin dəyişilməzliyi qeyd edilməlidir”. “Olaylar” ın məlumatına görə, bunu Milli Məclisin deputatı Azay Quliyev “Silahlı Qüvvələr haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deyib.
Azərbaycanın gənc alimləri Prezident İlham Əliyevə müraciət etdi
Azərbaycanın gənc alimlərinin I qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ediblər. Məlumata görə, müraciətdə bildirilir ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda ölkə başçısı İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilən dövlət siyasəti nəticəsində müstəqil Azərbaycan sosial-iqtisadi və mədəni-mənəvi baxımdan sürətlə inkiaf edib, beynəlxalq aləmdə ölkəmizin strateji mövqeləri kifayət qədər möhkəmlənib.
“Qazprom” separatçı Dağlıq Qarabağı təbii qazla təmin edir
Son aylarda istər Rusiya Federasiyasının Xarici İşlər Nazirliyi, istərsə də ATƏT-in Minsk qrupunun həmsədrlərinin Dağlıq Qarabağ probleminin həlli istiqamətində artan diplomatik fəallığı təəssüflər oldun ki, elə də ciddi nəticə vermədi. Ən son həmsədrlərin iştirakı ilə Azərbaycan və Ermənistan xarici siyasət idarəsi rəhbərlərinin Vyanada keçirdiyi görüşdə də tərəflər münaqişənin həlli istiqamətində hər hansı bir razılığa gələ bilmədilər. Ənənəvi olaraq həmsədrlər xarici işlər nazirlərinin görüşünün nəticələrinə dair açıqlama verməklə kifayətləndilər. Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu deyir ki, həmsədr dövlətlərin Dağlıq Qarabağ tənzimlənməsində köhnə baza üzərində yeni yanaşma qurduqlarını konstatasiya etmək olar. Onun sözlərinə görə, ATƏT-in Vyana ministerialında Minsk Qrupu həmsədr ölkə nümayəndə heyətlərinin başçıları Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi barədə bəyanat yaydılar: “Hər il ATƏT ministerialında belə bəyanat yayılır.
Silahlı Qüvvələrin rəhbər heyətinin toplantısı keçirilir
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bütün rəhbər heyətinin iştirakı ilə toplantı keçirilir. Məlumata görə, müdafiə nazirinin müavinləri, Silahlı Qüvvələrin növləri və qoşun qisimləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, birlik və birləşmə komandirləri, qərargah rəisləri və digər məsul zabitlərin iştirak etdiyi toplantıdan əvvəl şəxsi heyətin sıra baxışı keçirilib.
Rusiyadan təhlükəli və qeyri-obyektiv yanaşma
Rusiya Federasiyasının prezidenti Vladimir Putin artıq bir neçə ildir ki, bir ənənəyə imza atıb. Belə ki. Kreml rəhbəri hər il kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə geniş formatda mətbuat konfransı keçirir.













