Siyasət

Azərbaycan ilə NATO arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

6 Dekabr 2018 12:58

Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Araz Əzimov dekabrın 5-də NATO-nun Şimali Atlantika Şurasının “Qətiyyətli Dəstək” missiyası üzrə hazırkı və potensial əməliyyat tərəfdaşları ilə birgə xarici işlər nazirləri səviyyəsində iclasında iştirak edib. XİN-in mətbuat xidmətindən bildiriblər ki, iclasda NATO-nun müttəfiqləri və əməliyyat tərəfdaşları Əfqanıstandakı təhlükəsizliklə bağlı vəziyyəti və sülh prosesindəki inkişafları müzakirə edib, bu ölkədə uzunmüddətli sülhə və sabitliyə sadiq olduqlarını bildiriblər.

Elmar Məmmədyarov İtaliyanın Lombardiya regionunun prezidenti ilə görüşüb

6 Dekabr 2018 12:55

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Milana səfəri çərçivəsində İtaliyanın Lombardiya regionunun prezidenti Attilio Fontana ilə görüşüb.