Siyasət

Oqtay Əsədov İrana səfər edir

25 Dekabr 2018 14:21

Dekabrın 25-26-da Milli Məclisin Sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti İran İslam Respublikasında rəsmi səfərdə olacaq.

“Təəssüf ki, uzun illərdir münaqişənin həlli üzrə aparılan danışıqlar öz nəticəsini verməyib”

25 Dekabr 2018 14:00

Elmar Məmmədyarov: “Ermənistan-Azərbaycan, Dağlıq Qarabaq münaqişəsi Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü və suverenliyi əsasında həll olunmalıdır” Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov 2018-ci ilin yekunlarına dair KİV-in ünvanlandığı sualları cavablandırıb. “Olaylar” həmin müsahibəni təqdim edir.

S-1 professional döyüş liqasının İdarə Heyəti toplandı

25 Dekabr 2018 13:26

Dünya Alpaqut Federasiyasının tərkibində S-1 professional döyüş liqasının İdarə Heyətinin iclası keçirilib. İclası giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri, S-1 professional döyüş liqasının prezidenti Hikmət Şikarov gündəlikdə duran məsələləri iclas iştirakçılarının diqqətinə çatdırıb.

Elmar Məmmədyarov Braziliyanın yeni təyin olunmuş səfirini qəbul edib

25 Dekabr 2018 13:00

Xarici işlər naziri Elmar Məmmədyarov Braziliya Federativ Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunan səfiri Manuel Adalberto Karlos Monteneqro Lopes da Kruzu qəbul edib.

Nazir Səudiyyə Ərəbistanının yeni təyin olunmuş səfirini qəbul edib

25 Dekabr 2018 12:57

Xarici işlər naziri Elmar Məmmədyarov Səudiyyə Ərəbistanı Krallığının Azərbaycan Respublikasına yeni təyin olunan səfiri Hamad Abdulla Xudayiri qəbul edib. XİN-dən “Olaylar”a verilən məlumata görə, görüş zamanı ikitərəfli siyasi münasibətlərin inkişafından məmnunluğunu ifadə edən tərəflər iki ölkə arasında iqtisadi sahədə əməkdaşlığın dərinləşdirilməsinin əhəmiyyətini, o cümlədən biznes forumların keçirilməsinin vacibliyini vurğulayıblar. Habelə tərəflər enerji, nəqliyyat və digər sahələrdə əməkdaşlıq məsələlərini müzakirə ediblər.