Siyasət

ABŞ-ın Nevada ştatında Azərbaycana aid geniş tədbir

8 Fevral 2019 11:36

Baş konsul N.Ağayev: Azərbaycanın təcrübəsi müsəlman-yəhudi qardaşlığının mümkünlüyünü göstərir  ABŞ-ın Nevada ştatının Henderson şəhərində yerləşən, bu ştatın ən böyük sinaqoqlarından olan Ner Tamid Sinaqoqunda 6 fevral 2018-ci il tarixində Azərbaycanda mövcud olan tolerantlıq ənənələrinə həsr olunmuş geniş tədbir təşkil edilib. Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu və Ner Tamid sinaqoqunun birgə təşkilatçılığı ilə keçirilən tədbirdə çıxış edən sinaqoqun baş ravvini Sanford Akselrad hər kəsi salamlayaraq, Azərbaycanın tolerantlıq və multikulturalizm ənənələri, həmçinin Azərbaycan-İsrail münasibətlərinə həsr olunmuş bu önəmli tədbirə evsahibliyi etmələrindən məmnun olduqlarını bildirib.

Vüqar Rəhimzadə: “Freedom House”-un hesabatı çox gülünc və mənasızdır

8 Fevral 2019 10:19

“Freedom House” təşkilatının hesabatı çox gülünc və mənasızdır. Ona görə də belə qurumların hesabatlarına ciddi baxmaq lazım deyil. Onların hazırladıqları sənədlərin hamısı qərəzlidir”. Bu fikirləri Olaylar.az-a açıqlamasında YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.

Prezident hər zaman xalqın yanındadır

7 Fevral 2019 18:01

Uğurlarımızın kökündə xalqla iqtidarın birliyi dayanır

"Bu, Fransadakı erməni lobbisinə güclü zərbə olacaq"

7 Fevral 2019 17:51

“Fransanın elə bir prezidenti yoxdur ki, Ermənistana və ermənilərə simpatiya ilə yanaşmasın”. Bunu politoloq Elxan Şahinoğlu deyib.

"Makronun qərarı ədalətsiz, siyasi məqsədlər güdən, qərəzli bir sənəddir"

7 Fevral 2019 16:11

“Fransa prezidenti Makronun uydurma "soyqırımı” hadisəsi ilə bağlı ölkə ərazisində hər il 24 apreldə anım tədbirləri keçirilməsi qərarı ədalətsiz, siyasi məqsədlər güdən, qərəzli bir qərardır”. Bu fikirləri politoloq Nəzakət Məmmədova deyib. O bildirib ki, əvvəla, bu, Fransanın özünü demokratiyanın beşiyi hesab etdiyi ölkə kimi ideallarına ziddir, öz ideyalarını təkzib etmək, öz dəyərlərinə xəyanət etməkdir.

Parisdən işğalçı ölkəyə açıq dəstək

7 Fevral 2019 14:45

Bu ölkənin Minsk qrupundakı vasitəçiliyinə son qoyulmalıdır