Siyasət

Vüqar Rəhimzadə: İmzalanmış yeni Fərman insan, vətəndaş amilini verilən böyük dəyərdir

20 Fevral 2019 15:02

“Bu gün Azərbaycanda iqtisadiyyatın bütün sahələri kimi, tikinti sektoru da inkişaf edir. Bakı şəhərində qədimliklə müasirliyi birləşdirən memarlıq üslubuna uyğun yaşayış və digər təyinatlı binalar tikilir. Bununla yanaşı, regionlarda aparılan tikinti-quruculuq işlərini də ümumi inkişafın mühüm tərkib hissəsi kimi səciyyələndirmək olar. Təbii ki, bu sektorun inkişaf etdirilməsində məqsəd insanların sosial rifahının daha da yaxşılaşdırılmasıdır. Bu günlərdə Azərbaycan Prezidentinin bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında imzaladığı Fərman on minlərlə ailənin sevincinə səbəb olub. Bu inqlabi Fərman həmin sahədə illərdir həllini gözləyən problemə son qoyub.