Almaniyada Cənubi Qafqazda təhlükəsizlik məsələsi müzakirə ediləcək
18 Mart 2019 15:24 SiyasətMilli Məclisin deputatı Xanlar Fətiyev Almaniyanın paytaxtı Berlinə səfər edib. MM-dən "Olaylar"a verilən məlumata görə, millət vəkili "Cənubi Qafqazda sabitlik və təhlükəsizlik. Azərbaycan-Almaniya əməkdaşlığının perspektivləri" mövzusunda keçiriləcək simpoziumda iştirak edəcək.Tədbirdə bölgədə sabitliyin və təhlükəsizliyin təmin edilməsi, bu sahədə parlamentarilərin rolu və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılacaq. Səfər martın 20-də başa çatacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31