Siyasət

Xocalı Soyqırımı Meksika mediasının diqqət mərkəzində

1 Mart 2019 11:36

Cari ilin 26 fevral tarixində Meksika Dövlət Xəbərlər Agentliyi “Notimeks” tərəfindən dərc edilmiş “Azərbaycanlılar 1992-ci il Xocalı Qətliamını anır” (Recuerdan Azerbaiyanos la masacre de Jodyali de 1992) adlı məqalədə dünya Azərbaycanlıların 1992-ci il 25 və 26 fevral tarixlərində Azərbaycanın Xocalı şəhərində törədilmiş Soyqırımının qurbanlarını, onlar arasında 106 qadın və 83 uşağın, xatirəsinin anıldığı deyilir. Olaylar.az bildirir ki, bu qətliamın Human Rights Watch QHT-ı tərəfindən Ermənistan-Azərbaycan münaqişəsinin ən qanlı səhifəsi adlandırıldığı və Ermənistan silahlı qüvvələrinin müharibə zamanı törətdikləri etnik təmizləmə və dağıntıları nümayiş etdirən bir hadisə olduğu vurğulanır.

Ölkə Prezidentinin qərarları bütün dünya üçün sosial inqilab nümunəsidir

28 Fevral 2019 17:14

halinin rifahını yüksəltmək, sosial müdafiəsini gücləndirmək, layiqli həyat səviyyəsini təmin etmək bu günümüzə və gələcəyimizə hesablanmış sosial-iqtisadi inkişaf konsepsiyasının prioritet istiqamətlərindəndir. Bu günümüzdən dünənimizə, həmçinin qarşıdakı illər üçün müəyyənləşdirilən prioritetlərə nəzər yetirdikdə bu istiqamətdə atılan addımların sistemli xarakter daşıdığını, islahatların zamanın və dövrün tələblərinə uyğun olaraq təkmilləşdirildiyini daha aydın görürük. Yoxsulluq kimi sosial bəlanın aradan qaldırılması, işsizlik probleminin həlli istiqamətində atılan addımlar, məşğulluq strategiyasının uğurlu icrası, iqtisadi imkanlar fonunda artan maliyyə imkanlarının mühüm sosial-iqtisadi layihələrə yönəldilməsi və s. kimi tədbirlər vətəndaş amilinin dövlət siyasətinin əsasında dayandığını bir daha təsdiqləyir.