Siyasət

Diplomatik xidmət orqanlarının yüz illiyi ilə bağlı təqdimat

18 Mart 2019 10:17

Braziliya Xarici əlaqələr nazirliyinin Rio Branko İnstitutunda, Azərbaycan Respublikasının Diplomatik xidmət orqanlarının yüz illiyi ilə bağlı, səfir Elxan Poluxov tərəfindən təqdimat keçirilib. Olaylar.az bildirir ki, təqdimat zamanı səfir Elxan Poluxov, Azərbaycan Respublikasının diplomatik xidməti, xarici siyasəti, müstəqilliyi əldə etdikdən sonra Azərbaycan Respublikasının üzləşdiyi çətinliklər və bu çətinliklərin aradan qaldırılmasında, eləcədə Azərbaycan dövlətçiliyinin quruluşundakı Ulu Öndər Heydər Əliyevin əvəzedilməz rolu və onun layiqli davamçısı olan Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasəti haqqında ətraflı məlumat vermişdir.