Siyasət

Vüqar Rəhimzadə: Möhtərəm Prezidentimizin növbəti əfv Sərəncamı humanizmin daha bir təzahürüdür

18 Mart 2019 15:25

“Demokratik dəyərlərə sadiqlik, insan hüquq və azadlıqlarının qorunması üçün mükəmməl qanunvericilik bazasının yaradılması hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu yolunda inamla irəliləyən dövlətimizin siyasətinin prioritetləri sırasındadır. Demokratiya təcrübəsi dünyaya nümunə olan Azərbaycanın humanizm prinsiplərinə sadiqliyi beynəlxalq aləmdə də yüksək dəyərləndirilir, 1995-ci ildən bəri imzalanan əfv sərəncamları və qəbul olunan amnistiya aktları demokratiyanın inkişafına xidmət edən mühüm addım kimi şərh olunur. Ümumilikdə atılan hər bir addım insan amilinə verilən dəyərin aydın ifadəsidir”. Bu fikirləri  Olaylar.az –a YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə dövlətimizin başçısı İlham Əliyevin Novruz bayramı ərəfəsində imzaladığı növbəti əfv Sərəncamını şərh edərkən bildirib.