Müdafiə naziri “İDEF-2019” sərgisinin açılış mərasimində iştirak edib
Müdafiə naziri “İDEF-2019” sərgisinin açılış mərasimində iştirak edib
30 Aprel 2019 17:09 Siyasətİstanbul şəhərində "İDEF-2019" Beynəlxalq Müdafiə Sərgisinin açılış mərasimi keçirilib. "OLAYLAR" Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Türkiyə Respublikasında səfərdə olan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov sərginin təntənəli açılış mərasimində iştirak edib.
Türkiyə Respublikasında səfərdə olan Müdafiə naziri general-polkovnik Zakir Həsənov həmçinin "İDEF - 2019" Beynəlxalq Müdafiə Sərgisində nümayiş etdirilən müxtəlif şirkətlərin istehsalı olan silah, texnika və hərbi təyinatlı vasitələrə baxış keçirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31