“Azərbaycan "Şərq tərəfdaşlığı" proqramının çox mühüm ölkəsidir”

"Azərbaycan və Xorvatiya qarşılıqlı əmtəə dövriyyəsini artırmaq imkanına malikdirlər". 

Bunu Xorvatiya Baş nazirinin müavini, xarici işlər və Avropa məsələləri naziri Mariya Peyçinoviç-Buriç Bakıda xarici işlər naziri Elmar Məmmədyarovla birgə mətbuat konfransında deyib. O bildirib ki, Azərbaycan və Xorvatiya yaxın gələcəkdə Zaqrebdə biznes-forum keçirməyi planlaşdırırlar: "Biz, həmçinin iqtisadi əməkdaşlığımız çərçivəsində birgə komissiya yaratmışıq. Bu komissiyanın iclası bu ilin sonu və gələn ilin əvvəlində keçiriləcək". 

Nazir Avropa İttifaqı və Azərbaycan arasında yeni saziş üzrə danışıqlara dəstəyini də ifadə edib: "Xorvatiya iştirakçı ölkə kimi bu danışıqları dəstəkləyir. Azərbaycan "Şərq tərəfdaşlığı" proqramının çox mühüm ölkəsidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31