Gürcüstanın Azərbaycana ərazi iddiası nə ilə nəticələnə bilər? - Politoloq şərhi
29 Aprel 2019 17:23 Siyasət"Gürcüstan prezidenti Zurabişvili hakimiyyətə gələndən gərginlik yaradacaq çox hərəkətlər edir. Xüsusilə də Keşikçidağ monastr kompleksinin Gürcüstana adi olması ilə bağlı iddialar qaldırır".
Bu fikri Azadinform-a politoloq Qabil Hüseynli Zurabişvilinin Azərbaycanla sərhədə gəlməsi və burada Azərbaycanla sərhəd xəttinin müəyyənləşməsi istiqamətində işlərin sürətləndirilməsinin vacibliyini dilə gətirməsinə münasibət bildirərkən deyib.
Politoloqun sözlərinə görə, son zamanlar gürcülərin həmin əraziyə axın etməsi Gürcüstan-Azərbaycan münasibətlərində müəyyən gərginlik yarada bilər: "Ən qəribəsi isə odur ki, Gürcüstanla Azərbaycan arasında olan sərhədin razılaşdırılması məsələsini müzakirə etməklə Gürcüstan tərəfi Azərbaycan tərəfinə əsassız iddialar irəli sürür və eyni zamanda əsassız təsirlər göstərməyə çalışır. Bu tərəfdən isə Azərbaycanın Sərhəd Qoşunları həmin əraziləri tamamilə nəzarət altına alıb. Əvvəllər gürcülər buraya ibadət üçün buraxılırdısa, artıq indi buraxılmır. Yalnız sərhədlərin müəyyənləşdirilməsinə dair danışıqlar baş tutduqdan sonra bu məsələlər ətrafında ümumi razılığa gəlmək olar".