Elmar Məmmədyarov PAİ-nin prezidentini qəbul edib

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Parlamentlərarası İttifaqın (PAİ) prezidenti Qabriela Kuevas Barronu qəbul edib

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Parlamentlərarası İttifaqın (PAİ) prezidenti Qabriela Kuevas Barronu qəbul edib. "Olaylar"ın məlumatına görə, Q.Kuevas Barron ölkəmizə bu növbəti səfəri zamanı "Formula 1 Azərbaycan Qran Pri 2019" çərçivəsində keçirilmiş tədbirlərdə iştirak etdiyini bildirərək, bu mühüm dünya miqyaslı idman yarışının yüksək peşəkarlıq səviyyədə təşkil edilməsinin şahidi olduğunu söylədi. Onun qənaətinə görə, bu cür yaddaqalan hadisələr Azərbaycanın dünya imicinin daha da artırılmasına xidmət edən gözəl fürsətdir.

Nazir Elmar Məmmədyarov Azərbaycanla PAİ arasında sıx təmasları üzərində dayanaraq, dünya parlamentlərinin nümayəndələrini birləşdirən bu qurumda Latın Amerikası ölkələrinin fəal iştirakını məmnuniyyətlə qeyd etdi. Bu baxımdan Azərbaycanın cari ildə Qoşulmama Hərəkatında sədrliyə başlayacağını söyləyən nazir Elmar Məmmədyarov Qabriela Kuevas Barronu bununla bağlı Bakıda keçiriləcək Zirvə toplantısına dəvət etdi. Tərəflər Azərbaycan ilə Parlamentlərarası İttifaq arasında əməkdaşlığın bundan sonra daha da inkişaf edəcəyinə ümidvar olduqlarını vurğulayaraq, Latın Amerikası bölgəsində cərəyan edən proseslər barədə fikir mübadiləsi apardılar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31