Siyasət
Vüqar Rəhimzadə: "Azərbaycan-Türkiyə birliyi, həmrəyliyi bölgədə sülhün, təhlükəsizliyin qarantıdır"
“Ümummilli lider Heydər Əliyevin “Biz bir millət, iki dövlət”, Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” tezislərinin davamı olaraq möhtərəm Prezidentimiz İlham Əliyevin “Bir millətin iki diasporu ola bilməz” fikirləri iki dost, qardaş Azərbaycan və Türkiyənin birliyinin aydın mənzərəsini yaradır. Bu dostluğun təməli Ümummilli Lider tərəfindən qoyulmuş, hazırda dövlətimizin başçısı İlham Əliyev tərəfindən daha da möhkəmləndirilir, yeni istiqamətlər üzrə inkişaf etdirilir. Prezident İlham Əliyev bu günlərdə Yunanıstanın Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nikolas Piperiqkosu qəbul edərkən Türkiyə və Yunanıstan arasında Şərqi Aralıq dənizi regionunda baş verən gərginlikdən narahatlığını ifadə etməklə yanaşı, Türkiyənin Azərbaycana təkcə dost və tərəfdaş deyil, həm də qardaş ölkə olduğunu, heç bir tərəddüd etmədən Türkiyəni dəstəklədiyimizi və bütün hallarda dəstəkləyəcəyimizi bildirmişdir. Onu da xüsusi qeyd etmişdir ki, biz eyni dəstəyi türk qardaşlarımızdan da görürük. Möhtərəm Prezidentimiz İlham Əliyev bu fikirləri ilə həm də dünyaya mesaj ünvanlayır: Bu gün dünyada Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın və bağlı olan ölkələr yoxdur.” Bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə Olaylar.az-a açıqlamasında bildirib.
PREZİDENT BU ŞURANI LƏĞV ETDİ – FƏRMAN
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurasının ləğvi və onun əvəzinə İqtisadi Şuranın yaradılması ilə bağlı Fərman imzalayıb.
Lukaşenko ruslara görə Təhlükəsizlik Komitəsinin rəhbərini İşdən Çıxardı
Belarus prezidenti Aleksandr Lukaşenko Dövlət Təhlükəsizlik Komitəsinin rəhbərini vəzifəsindən kənarlaşdırıb.
İlham Əliyev Bakıda yerüstü piyada keçidinin açılışında
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mərdəkan-Zuğulba avtomobil yolunda yerüstü piyada keçidinin açılışında iştirak edib.
Azərbaycan İqtisadi Şurası yaradılır - FƏRMAN
Prezidentdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə bağlı SƏRƏNCAM
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vahid elektron informasiya sisteminin müasirləşdirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Milli Məclis Sədrinin müavini Adil Əliyev: “Azərbaycan-Türkiyə münasibətləri ən yüksək səviyyədə inkişaf edir”
İkili standart prinsipini tez-tez eşidirik, əslində isə məsələnin mahiyyəti odur ki, mövqe heç vaxtı dəqiq olmur. Belə demək mümkündürsə, hər iki tərəflə uzlaşmağa getməyin əsas simvoludur.
Ramiz Mehdiyevin hansı vəzifələri qalıb? - SİYAHI
Ramiz Mehdiyev Prezident Administrasiyasının rəhbəri postunu itirdikdən sonra daha iki vəzifəsinə əlvida deməli olub. Bunlardan biri Korrupsiyaya Qarşı Mübarizə Komissiyasının, digəri isə Əfv Məsələləri Komissiyasının sədri vəzifəsidir.
Düşmən 51 dəfə atəşkəsi pozub
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 51 dəfə pozub.
Prezident İlham Əliyev Emoməli Rəhmona təbrik məktubu göndərib
Prezident İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmona təbrik məktubu göndərib.









.jpg)
.jpg)

.jpg)