Bəhruz Quliyev: “Mahiyyət və nəticə etibarı ilə, bu gõrüş həlledici yox, məsləhət, çağırış xarakterlidir”
10 Oktyabr 2020 17:10 Siyasət"Bəri başdan qeyd edim ki, imzalan sənəd və ilkin razılaşma istənilən halda Azərbaycanın maraqlarına uyğundur. Biz onlara son şansı da verdik, əgər şərtlərə əməl etsələr, sülh yolu ilə həllə imkan tanıdıq. Lakin əməl etməsələr, artıq heç bir danışıq üçün əsas qalmayacaq və işğal olunmuş bütün torpaqlar güc yolu ilə azad olunacaq.
Heç bir bənd və tələb yoxdur və ola bilməz ki, müvəqqəti humanitar fasilədən sonra əməliyyatlar başlamasın."
Bu fikirləri Olaylar.az-a açıqlamasında "Səs" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev bildirib.
Siysi ekspert vurğulayır ki, müvəqqəti atəşkəsə gəldikdə bu normaldır, istisnasiz olaraq bütün müharibələrdə belə humanitar fasilələr olub, ən azı döyüş bölgəsindən meyitlərin götürülməsi üçün. 1-ci Qarabağ müharibəsində də həm ermənilər həm biz dəfələrlə bundan istifadə etmişik, meyitlərdöyüş zonasından çıxarılıb, əsirlər dəyişdirilib:
"Açıqlanan sənəd daha çox erməni ictimai rəyinə hesablanıb. Sülh yolu ilə həll kontekstində Ermənistan rəhbərliyinə öz ordusunun Qarabağdan tam çıxarılmasını ölkə ictimaiyyətinə çatdırmaq üçün qısa bir vaxt verilir.
Bu qısa vaxtda ermənilərin nəyisə dəyişdirməyə nə gücləri, nə də vaxtları çatmaz. Əgər əldə olunan razlaşmaya əməl etməsələr cənab Prezidentin dediyi kimi, daha güzəşt olmayacaq, güc yolu ilə çıxarılacaqlar.
Görüşdən əvvəl Azərbaycan Prezidenti teleçıxışında öz qətiyyətli mövqeyini bir daha ortaya qoydu, həm də daha qəti şəkildə. Ermənistan konkret vaxt ərzində qoşunlarını çıxarmasa heç bir sülhdən söhbət gedə bilməz.
Bütün proses cənab Prezidentin nəzarətindədir, müvəqqəti atəşkəs də, gələcəkdə sülh razılaşmasının şərtlərini də biz diqtə edəcəyik, hər şey bizim maraqlarımız çərçivəsində olacaq. Əgər şərtlərimiz təmin edilməsə atəşkəs olmayacaq. Bu sənəd də heç bir işə yaramayacaq.
Atəşkən 25 ilə yaxındır ki əldə olunub, amma bir gün belə əməl etməyib. Biz də istədiyimiz vaxt atəşkəsi ləğv edə biərik - əgər görsək ki erməni tərəfi şərtlərdən yayınır.
Beynəlxalq dəstəyə gəldikdə, Rusiyanın problemin həllində mövqeyi dəqiq bəllidir, açıq şəkildə Qarabağın Azərbaycana məxsus olması və öz ərazisini azad etmək hüququnun olması bütün səviyyələrdə rəsmi bəyan edilib. Bütün digər böyük dövlətlər də Azərbaycanın haqlı mövqeyinə etiraz etmir. Yalnız Fransa beynəlxalq hüquqa zidd bəyanatlar verib ki, bunun da nə danışıqlarda, nə də cəbhədə heç bir təsiri ola bilməz.
Ümumiyyətlə, bu gõrüş və prtokol yalnız, məsləhət, tövsiyyə formatlıdır. Belə səbəbdən, müharibənin və atəşin gedişinə təsir edə biləcək elə bir həlledici xarakter də daşımır. Belə sənədləri xarici işlər nazirləri imzalamır dövlət başçıları imzalayır."
Bəhruz Quliyev qeyd edir ki, bu gün saat 12.00-dən qısa bir müddət üçün hərbi əməliyyatlara humanitar, yəni, əsir və meyidlərin dəyişdirilməsi məqsədi ilə əməliyyatlara qısa fasilə verilir ki, meyitlər yğılsın, Beynəlxalq Qırmızı Xaç Komitəsi əsirlərin dəyişdirməsini aparsın. Bu tam normal və qanunidir:
"Bəziləri düşünür ki, ermənilər güc toplayacaq. Nəzərə alaq ki, 30 ilə topladığı güc bir neçə günə dağıldı. 1-2 günə nə güc toplayacaqlar ki. Düzdür, bu günlərdə belə, xarici ölkələrdən mülki təyyarələrlə silah-sursat gətirməyə cəhd edirlər. Amma bunun da xeyri olmaz, əvvəla silah və texnikanın alınması gətirilməsi aylarla, illərlə davam edən prosesdir, 1-2 günə - özü də quru yolu ilə mümkün deyil, yalnz hava yolu qalıb- nə qədər silah yığa bilərlər ki?
Tərəflər bəyan edirlər ki, tezliklə Madrid baza prinsiplərinin əsasında- hansı ki, Ermənitan bundan daim imtina edirdi- danışıqlara davam etsinilər. Bu prinsiplər isə: 7 rayonun dərhal azad edilməsi və Dağlıq Qarabağa heç bir müstəqillik verilməyərək Azərbaycanın tərkibində qalmasını nəzərdə tutur.
Danışıqların formatı da saxlandı. Yəni, Azərbaycan tərəfinin şərtləri hamısı qalır yerində. Yalnız Azərbaycan və Ermənistan arasında kənar müdaxilələr olmayan substansiv danışıqlar olacaq. Burada isə Azərbaycan Prezidentinin mövqeyi qəti və aydındır- Ermənistan ordusu Qarabağdan tam çıxmalıdır.
Bu, hərbi əməliyyatlar gedişində dəyişilmiş status-kvonun siyasi və diplomatik müstəviyə daşınmasıdır. Artıq danışıqların gedişində şərtləri Azərbaycan müəyyən edir və Azərbaycana qarşı hər hansı şərtlərin irəli sürülməsinin qəbuledilməzliyini hamı başa düşdü.
Sülh prosesindən birmənalı imtina hərbi üstünlüklərimizin də əldən çıxmasına səbəb ola bilərdi. Humanitar atəşkəsə Azərbaycanın birtərəfli qaydada "yox" deməsi Ermənistanın mövqeyini gücləndirmiş olardı. Lakin biz bu sahədə də qarşı tərəfə və onun havadarlarına əsas vermədik.
Faktlar və şərtlər bunlardır- əvvəlki status-kvo yoxdur, təmas xətti deyilən anlayış yoxdur. Münaqişənin hərbi həlli yoxdur tezisi də darmadağın edildi. Danışıqları gedən günü məhz keçmiş Dağlıq Qarabağ vilayətinin inzibati ərazisinə daxil olan Hadrutun və ətraf kəndlərin azad edilməsi də bir mesaj idi."
Azərbaycan hərbi sahədə əldə etdiyi böyük uğuru həm də diplomatik müstəviyə keçirdiyini, Ermənistanın danışıqları formatını dəyişdirmək və Dağlıq Qarabağdakı qondarma rejiminin danışıqlar prosesində tərəf kimi çıxış etməsinə nail olmaq, o cümlədən 1994-cü il Bişkek protokolunu əlində bayraq etmək iddiasının üzərindən birdəfəlik xətt çəkildiyini bildirən Bəhruz Quliyev qeyd edir ki, Ermənistan etiraf etdi ki, bu münaqişədə tərəf olan Dağlıq Qarabağdakı qondarma rejim deyil, məhz Ermənistan dövlətidir:
"Ermənistan baş naziri artıq 7 şərt irəli sürmür, ona diktə edilən şərtləri qəbul etmək məcburiyyətindədir. Bu gün danışıqlar prosesində məhz Azərbaycan öz iradəsini diktə edir və şərt irəli sürür.
Ən əsası bütün dünya Azərbaycan xalqının əzmini gördü. Ərazilərin işğaldan azad edilməsi üçün bütün xalq Ali Baş Komandanın ətrafında səfərbərdir. Həm xalq, həm dövlət Qarabağın azad edilməsi üçün son və qəti mövqeyini ortaya qoyub.
Azərbaycan Ordusu 10 gün ərzində Ermənistanın 30 il ərzində havadarlarının dəstəyi ilə qurduğu ordusunu darmadağın etdi. Bu ordunu Ermənistan milyardlarla vəsait xərcləyərək 30 ilə qurmuşdu, indi ona daha 30 il lazm olacaq ki, belə zəif ordu qura bilsin. O da davam edən iqtisadi böhran ölkəni tam çökdürməsə.
Ümumiyyətlə, mahiyyət və nəticə etibarı ilə, bu gõrüş həlledici yox, məsləhət, çağırış xarakterli idi. Əvvəlcədən məlum idi ki, bu sülh danışıqları üçün son imkandır, əgər şərtlərimiz qəbul edilməsə əməliyyatlar daha böyük vüsət alacaq. Biz bu imkanı vermədən, qarşı tərəfin humanitar fasilə çağırışını qəbul etmədən döyüşləri davam etdirsək, beynəlxalq aləmdə antipatiya qazanardıq, lakin Azərbaycan siyasi meydanda da düşmənin bəhanələrini kəsir və onu son şansdan istifadə etməyə məcbur edir.
Ermənistan indiyədək bütün beynəlxalq sənədləri, razılaşmaları pozub, beynəlxalq qətnamələri kənara atıb. Bu dəfə də elə etsə, bu bizim xeyrimizədir, bu zaman artıq işğal edilmiş ərazilərin döyüşlə azad edilməsi üçün qarşımızda heç bir beynəlxalq siyasi əngəl qalmamış olur.
Bu günədək aparılan siyasət və görülən işlər istər danışıqlar masasında, istərsə də hərb meydanında atılan hər bir düşünülmüş və dəqiq addım bizi əsas hədəfə daha da yaxınlaşdırır. Cənab Prezidentin dediyi kimi Qələbə bizim olacaq."
Ay An