Dmitriyev: Avropada sülh konsensusunun yaradılması asan olmayacaq- ÖZƏL

Rusiya prezidentinin xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev Avropada sülhün təmin olunması üçün ortaq mövqeyə gəlməyin çətin olduğunu bildirib.
Olaylar.az xəbər verir ki,  o, bu barədə sosial şəbəkənin X platformasındakı paylaşımında yazıb.
"Müharibəni qızışdıranları sülhməramlılara çevirmək və Avropada sülh üçün real konsensus yaratmaq asan məsələ deyil", - deyə Dmitriyev qeyd edib.
Dmitriyev bu fikirləri Berlində keçirilən "Könüllülər koalisiyası"nın görüşü çərçivəsində Amerika nümayəndələrinin Avropa liderləri ilə apardığı müzakirələrə münasibət bildirərkən səsləndirib.
ABŞ prezidentinin xüsusi elçisi Stiv Vitkoff isə görüşdən sonra paylaşım edərək Avropa ölkələrinin liderlərinin Ukrayna böhranının həllinə ciddi sadiqlik nümayiş etdirdiklərini vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31