“Mossad” rəhbəri ABŞ-ni İrana zərbələri bərpa etməyə çağırıb – ÖZƏL
11:03 SiyasətOlaylar.az xəbər verir ki, İsrailin xarici kəşfiyyat xidməti "Mossad"ın rəhbəri Roman Qofman ABŞ-ni İrana qarşı zərbələri bərpa etməyə çağırıb. Bu barədə "The Wall Street Journal" qəzeti məlumat yayıb.
Bildirilir ki, Qofman Vaşinqtonda Donald Tramp administrasiyasının nümayəndələri, o cümlədən Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Retklifflə görüşüb. O, Amerika tərəfinə Tehranın nüvə proqramı ilə bağlı kəşfiyyat məlumatları təqdim edib və İrana qarşı yeni çoxgünlük hərbi kampaniyanın keçirilməsini təklif edib. Nəşrin məlumatına görə, ABŞ Prezidenti hələlik Tehranla bağlı gələcək addım variantlarını nəzərdən keçirir. Bundan əvvəl İsrail KİV-ləri Baş nazir Benyamin Netanyahunun İrana qarşı yeni hərbi kampaniyanın qaçılmaz olduğunu bəyan etdiyini yazmışdı.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrandakı obyektlərə zərbələr endirməyə başlayıb, İran tərəfi isə cavab zərbələri ilə reaksiya verib. Hazırda münaqişədə sakitlik müşahidə olunsa da, problem hələ də həll olunmamış qalır.