Ceyhun Bayramov: Görüş zamanı Ermənistanın qaldırdığı mənasız və texniki məsələlərə çox vaxt getdi
10 Oktyabr 2020 16:31 SiyasətErmənistan görüş zamanı o qədər mənasız, texniki məsələlər qaldırırdı ki, onlara görə çox vaxt gedirdi.
Olaylar.az-ın məlumatına görə, bunu Xarici İşlər naziri Ceyhun Bayramov Moskva görüşünün uzun çəkməsini şərh edərkən deyib.
O qeyd edib ki, Ermənistan tərəfi əhəmiyyətsiz şərtlər irəli sürürdü, lakin onların heç birini qəbul etmədik.
Nazir əlavə edib ki, görüş zamanı texniki fasilələr verilirdi, məsləhətləşmələr aparılırdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31