Həsən Ruhani Qarabağdakı vəziyyətlə bağlı Vladimir Putinə zəng edib

Rəsmi İranın təşəbbüsü ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və İran İslam Respublikasının Prezidenti Həsən Ruhani arasında telefon danışığı olub. SİA-nın rus mətbuatına istinadən verdiyi məlumata görə, söhbət əsnasında H.Ruhani Vladimir Putinə Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli məsləhətləşmələrindən sonra, humanitar məqsədlər üçün əldə edilən atəşkəsə dair razılaşmaları və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına nail olmaq üçün substantiv danışıqlara başlanmasına barədə qərarı dəstəklədiyini bildirib.

Qeyd edək ki, Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə ötən gün Moskvaya səfər ediblər. 10 saatdan artıq davam edən danışıqlar müəyyən razılaşmanın qəbul edilməsi ilə sona çatıb.

Belə ki, münaqişənin həlli üçün xüsusilə tərəflər, vasitəçilərlə BQXK meyarlarına uyğun olaraq hərbi əsirlərin və digər məhbusların eyni zamanda ölənlərin cəsədlərinin mübadiləsi üçün humanitar məqsədlər üçün 10 oktyabr saat 12:00-dan etibarən atəşkəs elan ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31