Siyasət

Leyla Abdullayeva: “Azərbaycan Prezidentinin səsləndirdiyi həqiqətləri Ermənistan XİN-i cılız açıqlaması ilə dana bilməz”

26 Sentyabr 2020 11:19

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında çıxışında işğalçı ölkə Ermənistan və onun hazırkı rəhbərliyinin iflasa uğrayan siyasətini aydın şəkildə və konkret faktlarla dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Azərbaycan Prezidentinin səsləndirdiyi həqiqətləri Ermənistan XİN-i öz cılız açıqlaması ilə dana bilməz. “Olaylar”ın məlumatına görə, bunu XİN Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistan XİN-in Azərbaycan Respublikası Prezidentinin BMT Baş Assambleyasında çıxışına dair açıqlaması barədə şərhində deyib.

Ermənilər atəşkəs rejimini 48 dəfə pozub

26 Sentyabr 2020 10:27

Ermənistan Respublikası Berd rayonunun Nerkin Karmirağbur, Ayqepar, Mosesqex, Çinari və Ayqedzor kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Hacallı, Əlibəyli, Ağdam, Koxanəbi, Əsrik Cırdaxan, Ağbulaq və Muncuqlu kəndlərində, Çəmbərək rayonunun Cil kəndində yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Ceyhun Bayramov Gürcüstan Prezidenti Salome Zurabişvili ilə görüşüb

25 Sentyabr 2020 14:55

25 sentyabr 2020-ci il tarixində Azərbaycan Respublikası Xarici İşlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 75-ci sessiyası çərçivəsində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) üzv dövlətlərinin Xarici İşlər Nazirləri Şurasının video-konfrans formatında keçirilən qeyri-rəsmi iclasında çıxış edib.

Deputat: “Dövlət başçısının açıq tənqidi ilə birinci dəfə deyil  rastlaşırıq”

25 Sentyabr 2020 14:50

 “Azərbaycan Prezidentinin BMT kürsüsündən BMT-nin özünü, daha doğrusu onun fəaliyyətsizliyini təkcə bizim deyil, əksər dövlətlərin ürəyindən olan açıq tənqidilə birinci dəfə rastlaşmırıq.

İşğalçı dövlət olan Ermənistana beynəlxalq sanksiyalar tətbiq olunmalıdır

25 Sentyabr 2020 12:49

İşğalçı dövlət olan Ermənistan təcavüzkar siyasətini davam etdirməkdədir. Azərbaycan dövləti otuz ilə yaxındır ki, Dağlıq Qarabağ və ona bitişik yeddi rayonun Ermənistanın işğalından azad olunması istiqamətində gərgin mübarizə aparır. Son dərəcə ağır olan bu prosesin həlledici mərhələyə çatdırılması Azərbaycanın dünyada yeritdiyi ağıllı və ardıcıl siyasət nəticəsində mümkün olur. Lakin bütün cəhdlərə baxmayaraq Ermənistan ipə-sapa yatmır, danışıqlar prosesinin pozulması üçün bütün mümkün vasitələrə əl atır.

Tanklarımız da hərəkətə keçdi - Müdafiə Nazirliyi VİDEO yaydı

25 Sentyabr 2020 11:57

Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci ilin döyüş hazırlığı planına uyğun olaraq tank və artilleriya bölmələri ilə döyüş hazırlığı üzrə məşqlər keçirilir.

Emin Hacıyev: “Azərbaycan-Türkiyə dostluğu sarsılmazdır”

25 Sentyabr 2020 11:02

Bu danılmaz bir həqiqətdir ki, artıq Azərbaycan-Türkiyə dostluğu, qardaşlığı bütün dünya üçün ən gözəl nümunəyə çevrilib. Biz bu qardaşlığı Tovuz hadisələrindən sonra da eyni şəkildə hiss elədik. Bu hadisələr bir daha sübut etdi ki, Türkiyə həmişə Azərbaycanın yanındadır və yanında olacaq.

Atəşkəs rejimi 61 dəfə pozulub

25 Sentyabr 2020 11:00

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 61 dəfə pozub.