Siyasət

Hərb meydanında hər qələbə Azərbaycan diplomatiyasının daha da gücləndirir - Cəsarət Hüseynzadə

26 Oktyabr 2020 15:04

“Oktyabrın 23-də Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin iştirakı ilə Vaşinqtonda Dağlıq Qarabağ ətrafında baş verən hadisələrlə bağlı müzakirələr aparılıb. Son məlumata görə Dövlət Departamenti, həmçinin ATƏT-in Minsk Qrupunun həmsədirləri bəyanatla çıxış ediblər və növbəti dəfə humanitar atəşkəs elan haqqında razılıq olub. Humanitar atəşkəslə bağlı hər bir ölkə öz üzərinə müəyyən öhdəliklər götürür. Azərbaycan tərəfi hər zaman bu öhdəlikləri yüksək səviyyədə, ölkə başçısı tərəfindən şərtləri və qaydası ilə mövqeyini dəqiq bildirir, humanitar atəşkəslə bağlı götürdüyü öhdəliyi yerinə yetirir. Amma təəssüf ki, sentyabrın 27-dən bu günə qədər iki dəfə humanitar atəşkəs haqqında razılıq əldə olundu və Ermənistan tərəfi atəşkəsi pozması nəticəsində Azərbaycan tərəfi cavab atəşi verib.”

Hər iki cəbhədə qalib gələcəyik

26 Oktyabr 2020 14:40

Ölkəmiz və millətimiz tarixi günlər yaşayır. Ali Baş Komandanımızın rəhbərliyi altında Azərbaycan şanlı tarixini yeniləyir. Həqiqətən, xoşbəxt insanlarıq ki, ölkəmizin bu tarixi günlərinin canlı şahidi və iştirakçısı oluruq. Azərbaycan, möhtərəm cənab prezidentimizin uzaqgörən siyasətinin bəhrələrini toplayır - həm hərb meydanında, həm də  diplomatiyada.