Əliyevin status bəyanatına Kremldən şərh

Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi məsələsi münaqişə tərəfləri üçün həssasdır, həlli üçün vaxt çərçivəsi yoxdur.

Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi məsələsi münaqişə tərəfləri üçün həssasdır, həlli üçün vaxt çərçivəsi yoxdur.

Olaylar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər nazirinin müavini Andrey Rudenko jurnalistlərə açıqlamasında deyib.

"Son tarix yoxdur. Bu məsələ olduqca həssasdır", - diplomat bildirib.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad olunan Füzuli və Cəbrayıl bölgələrinə səfəri zamanı Dağlıq Qarabağın xüsusi statusunun Azərbaycan üçün qəbuledilməz olduğunu bildirmişdi.(publika)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31