Şuşa ölkəmizin ən çox inkişaf etmiş yaşayış məntəqələrindən birinə çevriləcək
“28 ildən sonra Şuşa şəhəri öz doğma adını bərpa etdi. Azərbaycanın incisi sayılan Şuşa şəhəri işğal müddətində baxımsız şəhərə çevrilmişdi.
18 Noyabr 2020 12:51 Siyasət"28 ildən sonra Şuşa şəhəri öz doğma adını bərpa etdi. Azərbaycanın incisi sayılan Şuşa şəhəri işğal müddətində baxımsız şəhərə çevrilmişdi. Artıq Şuşaya həyat qayıdır". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Vüqar Bayramovun sözlərinə görə, Şuşada Dövlət Məşğulluq Agentliyinin özünüməşğulluq proqramının icrasına başlanılır: "Bu o deməkdir ki, şuşalılar kiçik ailə biznesləri kimi öz doğma şəhərlərinə qayıda biləcəklər. Şuşada sahibkarlığın inkişafı ilə bağlı digər proqramların da icrasına başlanılması gözlənilir. Bu o deməkdir ki, çox yaxın zamanlarda Şuşa şəhəri ölkəmizin ən çox inkişaf etmiş yaşayış məntəqələrindən birinə çevriləcək. Böyük turizm potensialı olan Şuşa şəhəri sürətlə inkişaf edəcək. Doğma adınla əbədi yaşa, Şuşamız!"