Siyasət

Bərdə soyqırımı kar-kor dünyanın gözünü və qulağını açması üçün növbəti çağırışdır

29 Oktyabr 2020 15:45

“Döyüş meydanında Azərbaycan Ordusu qarşısında diz çökən qorxaq Ermənistan yenə də mülki əhalini hədəf seçdi. Oktyabrın 28-də Ermənistan silahlı qüvvələrinin Bərdədə dinc əhaliyə qarşı “Smerç” tipli yaylım atəşli reaktiv sistemləri ilə raket zərbələri nəticəsində 21 nəfər həlak olub, 70-dən çox mülki vətəndaş ağır yaralanıb. Ermənistan ordusu tərəfindən dinc vətəndaşların məqsədyönlü şəkildə hədəfə alınması insanlığa qarşı böyük cinayətdir. Bu cinayətə laqeyd qalmaq isə onun iştirakçısına çevrilmək deməkdir. Amma aparıcı dünya dövlətləri, nüfuzlu beynəlxalq təşkilatlar ya bunu dərk etmir, ya da maraqlarına cavab vermədiyi üçün hər dəfə susmağı çıxış yolu hesab edirlər. Dövlətimizin başçısı İlham Əliyevin böyük inam və qətiyyətlə bəyan etdiyi kimi, tezliklə bu müharibə qurtaracaq, biz istədiyimizə nail olacağıq. Bəs, necə olacaq bizim münasibətlərimiz? Azərbaycan xalqı bu haqsızlığı unudacaqmı? Unutmayacaq. Bu gün Azərbaycana qarşı bütün imkanları səfərbər edən dövlətlər bunu bir daha fikirləşsinlər. Azərbaycan o dövlətlərdən deyil ki, onun maraqlarını kimsə kənara qoya bilsin. Gün gələcək, həmin dövlətlər əməkdaşlıq təklifləri ilə gələcəklər. Bəs, hansı üzlə bizə baxacaqlar?” Bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə Olaylar.az-a açıqlamasında bildirib.

Kamran Əliyev: “Ermənistan hərbi-siyasi rəhbərliyi tezliklə cəzasını alacaq”

29 Oktyabr 2020 15:44

Ermənistanın törətdiyi cinayətlərə görə senytabrın 27-dən bu günə qədər 45 cinayət işi başladılıb.“Olaylar”ın məlumatına görə, bunu bu gün Azərbaycanda olan diplomatik korpus nümayəndələri ilə birlikdə Tərtər şəhərinə səfər edən Baş prokuror Kamran Əliyev deyib. Onun sözlərinə görə, hər bir faktla bağlı prokurorluq əməkdaşları işlər aparır.

Azərbaycan ordusu üçün müharibə döyüş meydanından kənarda deyil - QARABAĞDADIR!

29 Oktyabr 2020 15:22

Beynəlxalq Humanitar Hüquq, bu hüququn əsas sənədləri olan 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyaları və onlara 1977 və 2005-ci illərdə əlavə edilmiş üç protokol, BMT Baş Məclisinin 14 dekabr 1974-cü il tarixli qətnaməsi, eləcə də digər beynəlxalq konvensiyalar müharibə zamanı mülki əhaliyə hücumu qadağan edir. Bu beynəlxalq təşkilatların müharibə edən ölkələrə qarşı irəli sürdüyü tələbdir.

Diplomatik nümayəndələrin də olduğu Tərtər rayonunun ərazisi atəşə tutulub

29 Oktyabr 2020 14:23

Azəbaycandakı diplomatik korpusun rəhbərləri, səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinin dövlət rəsmiləri ilə birgə Tərtərə səfəri zamanı humanitar atəşkəs rejimini növbəti dəfə kobudcasına pozan Ermənistan silahlı qüvvələri qəsdən həmin istiqaməti atəşə tutub.

Ermənistanın iki Su-25 təyyarəsi məhv edilib

29 Oktyabr 2020 14:14

Oktyabrın 29-da saat 13:18 və 13:20 radələrində cəbhənin Qubadlı istiqamətində Azərbaycan Ordusunun mövqelərinə aviazərbələr endirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinin iki Su-25 hücum təyyarəsi Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən məhv edilib.

Deputat: “Ermənistanın havadarları  bilməlidirlər ki, heç nə bizi haqq yolundan dönməyə məcbur edə bilməz”

29 Oktyabr 2020 13:52

“İşğalçı Ermənistan dünyanın gözü qarşısında növbəti terror aktını həyata keçirdi. Oktyabrın 28-də Bərdə şəhərinin kasetli bombalardan atəşə tutulması nəticəsində 21 nəfərin həlak olması və 70 nəfərin yaralanması bir daha  göstərir ki, ermənilərin qəddarlığının, insanlığa qarşı  cinayətlərinin  həddi yoxdur.  10, 18 və  26 oktyabr tarixlərində əldə edilmiş humanitar atəşkəs razılaşmasını kobud şəkildə pozan işğalçı dövlətin bu müddət ərzində  törətdiyi terror aktlarına diqqət yetirsək coğrafiyasının nə qədər genış olduğunu görərik.