Bəzi həmsədr ölkələrin atəşkəsdən narahatlığının heç bir əhəmiyyəti yoxdur - Ərdoğan

Dağlıq Qarabada 30 il davam edən işğal sona çatıb. Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Prezident qeyd edib ki, təsüflər olsun ki, 10 noyabrda Azərbaycan, rusiya pre zidentləri və ermənistan baş naziri tərəfindən imzalanan bəyanata baxmayaraq ATƏT Minsk qrupunun həmsədri olan bəzi ölkələr bu atəşkəsdən narahatdırlar:

"Onlarn narahatlığının heç bir dəyəri yoxdur. Türkiyə, Azərbaycan və Rusiya bölgədə sülhün və sabitliyin olması üçüm çox ciddi addımlar atıb və bu gün Qarabağda Azərbaycan bayrağı dalğalanır və bu gün səhər saatlarında işğal edilmiş Kəlbəcər azad edildi".

R.Ərdoğan qeyd edib ki, dünən Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamaı Qarabağada sülhün və sabitliyin möhkəmlənməsi istiqamətində fikir mübadiləsi aparıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31