Rus həkimlər Qarabağa göndərildi - VİDEO
25 Noyabr 2020 14:39 SiyasətRusiya Silahlı Qüvvələri Şərq Hərbi Dairəsinin xüsusi tibbi hissəsinin qüvvələri və vasitələri Dağlıq Qarabağa göndərilib. Dəstəyə ilkin tibbi və ixtisaslaşmış tibbi yardım göstərməyə daim hazır olacaq həkimlər, orta və kiçik tibb işçiləri daxildir.
Olaylar.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi bu barədə məlumat yayıb.
Xəbərə görə, Rusiya Aerokosmik Qüvvələrinin 2 ədəd İl-76 hərbi nəqliyyat təyyarəsi Xabarovsk-Novı hava limanından havaya qalxaraq Qarabağa uçub.
Müdafiə Nazirliyindən bildirilib ki, ümumilikdə 122 hərbçi, 54 ədəd avtomobil və xüsusi texnika, 66 ton material Dağlıq Qarabağa göndəriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31