Mehriban Əliyeva Türk-Alman Dostluq Federasiyasının fəxri mükafatına layiq görülüb

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Türk-Alman Dostluq Federasiyasının fəxri mükafatına layiq görülüb. "OLAYLAR"-ın fonda istinadən verdiyi xəbərə görə,  Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva sivilizasiyalararası dialoqa verdiyi töhfələrə, həmçinin Almaniyada türk dünyasının tanıdılmasına, Azərbaycan-Almaniya əlaqələrinin inkişafındakı xidmətlərinə görə bu mükafata layiq görülüb. Bu məqsədlə Türk-Alman Dostluq Federasiyasının təşkilatçılığı ilə Almaniyanın Bavariya Federal Torpağının parlamentində mükafatın təqdim edilməsi ilə bağlı mərasim keçirilib. Laureatlar arasında Almaniya Kansleri Angela Merkel, bu ölkənin sabiq Prezidenti Yohannes Rau, parlamentin sabiq sədri Rita Silismud, Yaşıllar Partiyasının keçmiş sədri Kladio Rout, Türkiyənin keçmiş Prezidenti Süleyman Dəmirəl, Bavariya Federal Torpağının baş naziri Qünter Bexştayn və başqaları olublar. Mükafatı Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov qəbul edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00