Siyasətçi qadın öldürüldü

İspaniyada hakimiyyətdə olan "Xalq Partiyası" (PP) mənsubu qadın küçənin ortasında güllə ilə vurularaq öldürülüb.ANS PRESS-in verdiyi xəbərə görə, ölkənin şimal şərqindəki Leon vilayət məclisinin sədri İzabel Karraskonu öldürməkdə şübhəli bilinən ana - qız 2 qadın saxlanılıb.Daxili İşlər nazirliyi cinayətin intiqam məqsədi ilə törədildiyini bildirib. Polis mənbələri isə cinayətdə şübhəli bilinən qadınlardan birinin (qız) bir müddət əvvəl vilayət məclisindən qovulduğunu deyib.Şahidlər, yerli vaxtla saat 17.19-da (Bakı vaxtıyla 20.19) Bernesqa çayının üstündəki körpüdən keçən Karraskoya gənc bir qadının 3 dəfə atəş açdığını qeyd ediblər.İspaniyanın 4 siyasi partiyası PP, PSOE, IU, UpyD İzabel Karraskonun ölümü səbəbindən Avropa Parlamentindəki seçkiyə görə bu günə planlaşdırılan proqramlarını ləğv ediblər. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00