ADP prezidentlərin görüşünü təqdir etdi

Azərbaycan Demokrat Partiysının İdarə Heyətinin növbəti toplantısı keçirilib. Partiyadan "OLAYLAR"-a daxil olan məlumata görə, toplantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub. Toplantı iştirakçıları ilk növbədə Türkiyə, Azərbaycan və Gürcüstan prezidentlərinin iştirakı ilə Tbilisidə keçirlilən sammitin nəticələrinə münasibət bildirib və bu görüşün istər regionda sülhün, təhlükəsizliyin qorunması, istərsə də regionu təhdid altında saxlayan Putin Rusiyasının imerialist iddialarına müqavimət baxımından əhəmiyyətli olduğunu diqqətə çatdırıb. İdarə Heyəti Rusiyanın separatçı qüvvələrə aktiv  dəstəyi ilə Ukraynanın Donetsk və Luqansk əyalətlərində referendum keçirilməsini qətiyyətlə pisləyib və bu faktın ölkə konstitusiyasına və beynəlxalq hüquq normalarına zidd olduğunu diqqətə çatdırıb. Bildirilib ki, Rusiyanın V.Putinin rəhbərliyi ilə davam edən indiki siyasəti də onu bir daha təsdiq edir ki, Sovetlər birliyi dağılsa da bu dövlət müxtəlif bəhanələrlə ətraf ölkələrin xalqlarını zorakılıqla əsarətində saxlamağa və onlara hökm etməyə can atır.  İdarə Heyəti  9 may günü bir qrup gəncin paytaxtın ayrı-ayrı yerlərində "georgiyev lenti" paylamasını ciddi narahatlıqla qarşılayıb və Rusiya səfirliyinin aktiv iştirakı ilə keçirilən bu kompaniyanı qətiyyətlə pisləyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00