Daşqın Gülməmmədov: "Donetsk və Luqanskda keçirilən “referendum” informasiya təxribatıdır"

"Ukrayna Milli Ordusu və DİN Milli Qvardiyası Antiterror əməliyyatlarını davam etdirməkdədir" - Ukraynada baş verən proseslərə münasibət bildirən Ukrayna Qarapapaq Türkləri Milli Şurasının (UQTMŞ) sədri Daşqın Gülməmmədov belə deyib. D.Gülməmmədov qeyd edib ki, Donetsk və Luqansk vilayətlərində keçirilən qanansuz "referendum" informasiya təxribatına görə, burada keçirildiyi iddia edilən "referendum" əslində baş tutmayıb və regionun bütün iri yaşayış məntəqələrini əhatə etməyib: "3 gün ərzində bülletenləri hazırlanması, seçici siyahılarının tərtib edlməsi qeyri-mümkündür. Xarici televiziyaların çəkdiyi süjetlərdən isə aydın görünür ki, separatçıların təşkil etdikləri bir ovuc seçki məntəqələrində isə seçicilərin aktivliyi cox aşağı olub. Digər tərəfdən isə Ukrayna Konstitusiyası ilə regionların statusu barədə referendumun keçirilməsi nəzərdə tutulmayıb. Əslində hər şey aydındır. Donetsk və Luqanskda keçirilən qanunsuz "referendum" Rusiya xüsusi xidmət orqanların və təxribat qruplarının təşkilatçılığı ilə keçirilib. Moskvanın ssenarisi aydınca görünür. Krımda da "referendum" keçirildi və sonra isə yarımadanın anneksiyası baş verdi. Amma bu ssenari Donetsk və Luqanskda mümkün deyil. Çünki bu artıq Ukrayna üçün vətən müharibəsinin başlanması olacaq, başqa heç nə deyil". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00