İstanbulda Heydər Əliyevin 91 illik yubileyi qeyd edilib

Mayın 10-da Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin abidəsinin önündə Heydər Əliyevin anadan olmasının 91-ci ildömümü qeyd edilib. Anım mərasimini Azərbaycanın İstanbuldakı Baş Konsulu Həsən Zeynalov açaraq ümummilli liderin ölkəmizə rəhbərlik etdiyi dövrdəki fəaliyyəti barədə danışıb. Mərasimdə millət vəkili Aqil Abbas, Türkiyə Azərbaycan Federasiyası başcısı Bilal Dündar, Mərmərə Qrupu Vəqfı başcısı Akkan Süver, professor Adil Allahverdiyev, Türk Konseyinin rəhbəri səfir Halil Akıncı, Türkiyə-Azərbaycan dərnəyinin rəhbəri Səfər Karakoyunlu və diğər iştirakçılar çıxış edərək Heydər Əliyevin tarixdəki yeri, Azərbaycan ilə Türkiyə və turk dunyasi üçün etdiyi müstəsna xidmətlərdən, eləcə də böyük öndərin həyatından danışıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00