Almaniyada Azərbaycanla bağlı sərgi təşkil olunub

Bielefeld NRW Alman-Azərbaycan Mədəniyyət Cəmiyyəti Almaniyanın Herford şəhərinin mərkəzi küçəsində bu ölkənin yerli sakinlərini və qonaqları Azərbaycanla yaxından tanış etmək məqsədilə info-stend təşkil edib. "OLAYLAR"-ın Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən verdiyi xəbərə görə, stenddə Azərbaycan mədəniyyətini, incəsənətini, tarixini, coğrafiyasını, təbii resurslarını əks etdirən fotoalbomlar, kitablar, atributlar sərgilənib. Sərgidə əsas diqqət XX əsrin  əvvəllərindən başlayaraq - 1905, 1906, 1907, 1918-1923-cü illərdə erməni dəstələri və bolşeviklər tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırım və qırğınların, eləcə də yaxın keçmişimizdə ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdiyi Xocalı soyqırımı, Qarabağ müharibəsində etdiyi vəhşiliklərin alman ictimaiyyətinə çatdırılmasına yönəldilib. Bielefeld NRW Alman-Azərbaycan Cəmiyyəti mayın 10, 17, 24-ü və 31-də Bielefelddə, sonar isə Almaniyanin NRW Federal Əyalətinin müxtəlif şəhərlərində info-stendlərin təşkilini davam etdirəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00